Niyam hansı kateqoriyada olduğunu bilmir
Bizi izləyin

Tabloid.az

Niyam hansı kateqoriyada olduğunu bilmir

Şou-biznesi kateqoriyalara bölən müğənnilər özlərini A, B, C kimi kateqoriyada görürlər. Müğənni Niyam Səlami etiraf edir ki, belə kateqoriyaların mövcudluğunu heç kim dana bilməz:”Bu insanın səviyyəsi ilə bağlı məsələdir. Səviyyəsi aşağı olan insanlar

Şou-biznesi kateqoriyalara bölən müğənnilər özlərini A, B, C kimi kateqoriyada görürlər.

Müğənni Niyam Səlami etiraf edir ki, belə kateqoriyaların mövcudluğunu heç kim dana bilməz:”Bu insanın səviyyəsi ilə bağlı məsələdir. Səviyyəsi aşağı olan insanlar başqalarına quyruq bulayırlar. Özündən yuxarıdakıları qəbul etmirlər”.

İfaçı ad çəkməyi də unutmadı. O, “A” kateqoriyasında gördüyü müğənnilərdən bir neçəsinin adlarını sadalayıb:

“ A kateqoriyasında dahi sənətçilər Zeynəb Xanlarova, Nisə Qasımova, İlhamə Quliyeva, Flora Kərimova, Elmira Rəhimova, Tünzalə Ağayeva, Samira Allahverdi, Alim Qasımov, Sevda Ələkbərzadə, Rəhim Rəhimli var. Ancaq mən özüm də bu səviyyəyə mənsubam kimi fikirlər səsləndirə bilmərəm. Mən, sadəcə öz dostlarım haqqında deyə bilərəm”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm