Kıvancın xəyanət etdiyi kainat gözəli – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Kıvancın xəyanət etdiyi kainat gözəli – FOTOLAR

"14 yaşında bikini geyinməyə utanırdım"

İnsanın baxmağa qıya bilmədiyi qədər gözəldir. Bəzən məsum, bəzən də cazibədar görkəmi ilə diqqət çəkir. Yoxsa, kainat gözəli adını almazdı ki... O, “Kainat gözəl”i Azra Akından başqa kim ola bilər ki? Beləliklə, “9 don” layihəsi çərçivəsində bu həftə “Kainat gözəli” adını daşıyan ilk türk qızı haqqında danışacağam.

Azra Akının adı tələffüz edildiyi zaman ağla ilk olaraq Kıvanç Tatlıtuğ ilə yaşadığı qarmaqarışıq eşq macərası gəlir. Lakin yaraşıqlı Kıvanç Tatlıtuğun xarizması ilə Azrı Akının əsrarəngiz gözəlliyini kölgədə qoymaq olmaz. Azranın , qıyıq gözlərini, incə gülüşünü və qəhvəyi dalğalı saçlarını unutmaq ədalətsizlik olardı. Azra Akının boyu 177 sm, çəkisi isə 57 kq-dır.

Azra Türkiyə mətbuatında hər zaman hər kəsə xoş rəftarı ilə seçilən ulduzdur. Hamıya gülümsəyən və inanılmaz kübar qadın kimi xarakterizə olunur. Həyatında baş verən olaylara baxmayaq, pozitivliyini və şən əhvalını heç zaman itirmir. Pozitiv enerjisini olduğu hər yerdə hiss etdirir. O, Türkiyənin bəlkə də ən çox sevilən xanımlarından biridir. “Yok böyle dans” yarışmasında hər dəfə 1-ci seçilməsi buna əyani sübut idi.

Azar Akın 1982-ci ildə Hollandiyada anadan olub. Azra ilk dəfə 1998-ci ildə Türkiyədə keçirilən “Elite” model yarışmasının qalibi olub. Daha sonra “Star” TV-nin keçirdiyi Türkiyə gözəllik yarışmasında yenə birinci seçilir. Bu yarışma ona dünya gözəllik yarışmasında iştirak etmək şansı verir.

2002-ci ildə keçirilən dünya gözəllik yarışması qalmaqalla yadda qalır. Nigeriyada keçirilməli olan yarışma Londonda keçirilir. 2001-ci ildə dünya gözəli Nigeriyadan çıxmışdı, dolayısı ilə 2002-ci ildə dünya gözəllik yarışması da Nigeriyada keçirilməli idi. Bütün işlər görülmüş və yarışmanın başlamasına sayılı günlər qalmışdı. Nigeriyalı jurnalistin yazısı ölkəni bir-birinə qatır. Belə ki, o yarışmada iştirak edən gözəllərin fotolarının üstünə “Hz. Məhəmməd yaşasaydı, bu gözəllərdən birini özünə həyat yoldaşı seçərdi” yazısını qəzetin baş səhifəsinə çıxarır. Xəbər çıxdıqdan sonra nigeriyalı müsəlmanlar bu xəbərə inanılmaz reaksiya verir, nigeriyalı xristianlarla polislər arasında dava düşür. Bu iğtişaşlar zamanı 220 -ə yaxın insan ölür, yüzlərlə insan yaralanır.

Baş verən hadisələrdən sonra yarışma Nigeriyada keçirilə bilməzdi. İngiltərədə keçirilən bu yarışmada türk qızı ilk dəfə olaraq dünya gözəli seçilir. Türk qızının qalib olmasını isə yarışmanın müsəlman ölkəsində keçirilməməsi ilə əlaqələndirirlər.

Məsələ burasındadır ki, 1954-cü ildən bəri heç bir müsəlman qızı gözəllik yarışmasının qalibi seçilməmişdi.

11 illik sevgi dəftəri həmişəlik bağlanır...

“İnsan ruhunu qidalandırdıqca xoşbəxt olur. Əylənməyi, həyatdan zövq almağı, sevincimi paylaşmağı sevirəm... Haqsızlığa qəti dözə bilmirəm. Sevdiyim insanlara kiminsə zərər vermək istədiyini görəndə tamamilə başqa Azraya çevrilirəm. Sevgiyə inanıram, amma birgə həyat yolunda sevgini itirməmək də çox əhəmiyyətlidir. Hazırda özümü çox xoşbəxt hiss edirəm. Diqqətimi çəkmək üçün konkret qaydalar yoxdur. Oturub ağ altı şahzadə gözləmirəm, inanıram ki, bir gün doğru yerdə, doğru insan mütləq qabağıma çıxacaq. İnsanın həyatında düzgün insanları seçməsi tamamilə şans məsələsidir”.

Hər ikisi Azra və Kıvanç Türkiyə mediasında xarizması, gözəlliyi və yaraşığı ilə diqqət çəkir. Bəlkə də buna görə, Türkiyədə hər kəs onların toy xəbərinin reallaşmasını onların özündən daha çox istəyirdi.

Kıvanç Tatlıtuğ və Azra Akın eşqi dillərdə gəzən sevgi dastandır. Gözəllik yarışmasında iştirak edən zaman tanış olan cütlük ilk baxışdan bir-birinə vurulur. Sevgiləri nə qədər güclü olsa da, bir o qədər qarmaqarışıqdır. Onlar Azra Akının qısqanclığı üzündən dəfələrlə ayrılıb barışırlar. Maraqlısı budur ki, ayrıldıqları ərəfədə hər ikisinin həyatında sevgilisi olsa da, yenidən bir araya gəlirlər. Dəfələrlə ayrılan cütlük 2012-ci ildə yenidən barışır. Nəhayət ki, çoxdan gözlənilən toy xəbəri gündəmi işğal edir. Amma həvəslə gözlənilən toy baş tutmur. Deyilənlərə görə, Kıvanç Azraya rəqs müəlliməsi ilə xəyanət edir. Yaşadığı bu xəyanətdən sonra Azra tanınmış aktyorla görüşmək bir tərəfə qalsın, eyni məkanda olmamağa xüsusi diqqət edir. 11 illik sevgi dəftəri həmişəlik bağlanır...

Azra Kıvançdan ayrıldığı müddətdə italiyalı biznesmen Francesco Boari və həmkarı Akın Saatçi ilə sevgili olub. Hazırda isə Azra Akın uşaqlıq dostu Atakan Koru Zorlu ilə birlikdədir. Paparazzilərə tuş gələn Azranın yeni sevgilisi ilə çox xoşbəxt olduğu görünür.

“İşimə görə onsuz da göz önündə oluram. Özəl həyatımı paylaşsam, mənim üçün heç nə qalmaz. Öz müstəqilliyimi itirə bilərəm. Özəl həyatımızla başqaları arasında nə qədər sərhəd qoysaq, o qədər müstəqil olarıq. Bu baxımdan şəxsi həyatım haqqında danışmamağa üstünlük verirəm. Gördüyüm işlərlə bağlı təndiq dinləməyə hazıram. Şəxsi həyatım isə müzakirə olunmur. Bu həyat ancaq mənə məxsusdur”.

Məşhurluğun çətin tərəfləri də var. İllərdir ki, onun haqqında çox şey yazılıb. Yazılanlara çox zaman heç bir reaksiya vermir. Ailəsinin verdiyi tərbiyə və təhsil ona belə hadisələrə fikir verməməyi öyrədib.

“Haqqımda yazılanlara baş qoşmaq keçmişlə əlləşmək deməkdir. Mən isə gələcəyə baxıram... Başıma nə gəlirsə-gəlsin özümə dəyər verirəm. Özümü hər kəslə bərabər tuturam”.

Çamadan sevgisi

Yaşımdan çox məmnunam . Məsələn 14 yaşında bikini geyinməyə utanırdım. İndi isə bikinilərimi hara getsəm, özümlə aparıram. Bütün günü əlimdə alma ilə mağazaları gəzə bilərəm. Son iki ildir ki, bahalı akssesuarlar alıram. Çamadan almağı da xoşlayıram. Çünki çamadan mənim üçün səyahət deməkdir. Vintaj dizaynlarına üstünlük verirəm”.

Azra Akının gözəllik sirləri

Kosmetik vasitələrdən çox normal qidalanmanın və yuxu rejiminin gözəllik üçün daha faydalı olduğuna inanır. Stressdən uzaq, sakit və xoşbəxt həyatın da insanı gözəlləşdirdiyini iddia edir. Saçlarını rəngləməyi heç sevmir. Təbiiliyin tərəfində olduğu üçün makiyajdan minimum faydalanır. “İllər keçdikcə necə yatdığıma və necə oyanmağıma çox fikir verirəm. Dünya gözəli seçiləndə 21 yaşım var idi. O vaxtlar dərk edə bilmirdim, amma keçən 11 il ərzində çox dəyişmişəm. Ötən illər ərzində inkişaf etdim, böyüdüm gözəllikdən əvvəl, mənəvi rahatlığın mənim üçün daha vacib olduğunu başa düşdüm. Böyüdüyümü və ağıllı qadın olduğumu hiss edirəm”.

Özünü inkişaf etdirmək üçün o, müxtəlif seminarlara qatılır, müxtəlif kurslarda iştirak edir, mütaliə edir.

Azra Akın ideal çəkisini necə qoruyur?

Yemək yeməyi çox sevir. Sarımsaqlı kartof qızartması yeməkdən doymasa da, yediklərinə fikir verir. Yuxudan duran kimi 15 dəqiqə ərzində mütləq nə isə yeməlidir, aclığa dözümü yoxdur. Yeməyi doymaq və yaşaya bilmək üçün yemir, yemək onun üçün əyləncədir. Süfrədə başqaları ilə yeməkdən hədsiz kef alır. Yemək süfrəsində tək oturmağı xoşlamır, tək uzaqbaşı dondurma yeyə bilər. 2-3 saatdan bir və az-az yemək yeyir. Axşamlar isə zülallı və tərəvəzli yeməklərə üstünlük verir. Hər gün eyni yeməyi yemir.

Yeri gəlmişkən model dondurmaya qarşı çox həssasdır, çox yesə də, doya bilmir. Daha çox acımadan yemək söhbətini bağlayaq...

İdmanla, rəqslə və üzgüçülüklə davamlı olaraq məşğul olur.

Dodağını şişirdən qadın çirkinləşir

“31 yaşım var, plastik əməliyyatlar barədə danışmaq üçün hələ çox tezdir. 50 yaşım olanda necə görünəcəyimi bilmirəm. Plastik əməliyyatlara qarşı deyiləm, amma dodaq şişirtməyin tərəfdarı deyiləm. Dodağını şişirdən qadın çox çirkin görünür, bütün gözəlliyini itirir. Gündəlik həyatda dərimi nəmləndirməyə xüsusi diqqət göstərirəm. Makiyajı silmədən yatmıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm