Prezident xanımlarının ehtişamlı geyimləri- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Prezident xanımlarının ehtişamlı geyimləri- FOTOLAR

Birinci xanımların qüsursuz stilləri - FOTOLAR

Amerikanın tarixi muzeyində keçirilən sərgi birinci xanımların qüsursuz paltarlarını xatırlamağa imkan verir. Onların hər birinin arxasında tarixi və parlaq şəxsiyyətlər dayanır: Barbara Buş, Hilari Klinton, Mişel Obama, Nensi Reyqan və.s Tabloid.az Amerikanın birinci xanımlarının ərlərinin yəni, prezidentlərin andiçmə mərasimində geyindiyi paltarların təhlilini təqdim edir:

Ağ paltar kolleksiyasının incilərindən birini ABŞ-ın indiki prezidentinin həyat yoldaşı Mişel Obama 2009-ci ildə ərinin andiçmə mərasimində geyinmişdi. Paltarın müəllifi gənc dizayner Ceyson Vudur.

Jaklin Kennedi də 1961-cü ildə ərinin andiçmə mərasimində ağ rəngə üstünlük vermişdi. Paltarı amerikalı dizaynerin - Bergdorf salonunun kuturyesi Etel Frankoya sifariş vermişdi, halbuki Jaklin "Chanel" markasının pərəstişkarı kimi tanınırdı. Jaklin özü andiçmə üçün tikilən paltarın hazırlanmasında iştirak edib.

Bred Consonun 1965-cı ildə ərinin and mərasiminə geyindiyi parıltılı sarı libası əsl sensasiya olmuşdu. Paltarın qollarına klassik – konstruksiya olaraq təbii samur xəzi əlavə olunmuşdu.

Hilari Klinton 1993-cü ildə əri Bill Klintonun and içmə mərasiminə bənövşəyi gipürdən tikilən təmtəraqlı ziyafət libasında təşrif buyurmuşdu.

Barbara Buş 80-cı illərin sonunda tünd göy məxməri parçadan tikilən paltarla xələflərindən və sələflərindən xeyli seçilir. Paltarın müəllifi Arnold Skassidir. Bu paltardan sonra Amerika öz birinci ledisini “ABŞ tarixinin ən qlamur nənəsi” adlandırır.

Lora Buş 2001-ci ildə and içmə mərasiminə parıltılı qırmızı libasda gəlmişdi. Paltarın dizayneri Michael Faircloth idi.

Betti Ford 1975-ci ildə geyindiyi paltar klassik biçimi, amma parıltılı muncuqları və işləmələri ilə diqqət çəkir.

Nensi Reyqan 1981-ci ildə ərinin and içmə mərasimində ağ dəbdəbəli gəlinliyə bənzəyən libasda iştirak edirdi. Bu libası məşhur dizayner Cyms Qalonosa hazırlamışdı.

Niksonun həyat yoldaşı Pet Nikson 1969-cu ildə ərinin and içmə mərasiminə kristal qaşlarla işlənmiş sarı ipək paltarda gəlmişdi.

Mami Eyzenxauerin daha bir dəbdəbəli paltarı... Belə ki, birinci ledi təmtəraqlı saray libaslarında gəzməyi xoşlayırdı. Təəccüblü deyil ki, bu paltarın üzərində 2000 almaz qaşla işlənmişdi. Paltarın dizayneri Netii Rozenyşteyndir. Andiçmə mərasimi 1953-cü ildə baş tutmuşdu.

Rozalin Karter ilk dəfə 1977-ci ildə birinci xanım statusunda görünür. Ərini bu cür təbrik edir.

Amerika prezidentlərin arvadlarının stillərini ümumiləşdirsək, deyə bilərəm ki, birinci xanımlar debüt üçün and içmə mərasimində Amerikanın bayrağında olan rənglərə, həmçinin sarı rəngə müraciət edirlər. Məncə, bu birinci xanımların sələflərini nümunə götürməsi ilə əlaqəlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm