Yay üçün rahat çanta dəbi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Yay üçün rahat çanta dəbi - FOTOLAR

2014-ün ən diqqət çəkən aksesuarlarından biri də torba çantalardır. 1900-cu illərdə moda dünyasında böyük sıçrayış edən torba çantalar yenidən dəbə minib. Əslində bu çantalar ilk dəfə 1932-ci ildə “Louis Vuitton” tərəfindən istehsal edilib. Louis Vuitton

2014-ün ən diqqət çəkən aksesuarlarından biri də torba çantalardır. 1900-cu illərdə moda dünyasında böyük sıçrayış edən torba çantalar yenidən dəbə minib. Əslində, bu çantalar ilk dəfə 1932-ci ildə “Louis Vuitton” tərəfindən istehsal edilib. Louis Vuitton tərəfindən istehsal edilən "Noe" modeli hazırda istifadə etdiyimiz torba çanta formasını alıb.

Torba çantaların istifadəsi rahat və əlverişli olduğu üçün xanımların qəlbinə yol tapa bilib. Bu çantaların iki tərəfli ipləri sayəsində indi onları həm kürəyə, həm də çiyinə taxmaq olur. Torba çanta modellərinin bohem tərzi daha populyardır. İri torba çanta modellərindən əlavə, kiçik modelləri də var. Məşhurlar arasında bu çantalardan Keyt Bosvorsz, Miranda Kerr stilinin əsas detalıdır.

Bu mövsüm rok üslubunda tikilən geyimlərə də rast gələcəyik. Xüsusən də idman və rok üslubun qarışığı dəbdədir. Bu stili torba çanta ilə tamamlasanız, qüsursuz görünərsiniz.

Tabloid.az yay və qış aylarında da dəbdə olan torba çanta modellərini seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm