Qadınların ağlını başından alan futbolçu - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Qadınların ağlını başından alan futbolçu - FOTOLAR

Bütün kişilərin açıq və ya gizli şəkildə təqlid etdiyi, hətta bədənindki çoxsaylı döymələrlə belə seksual görünməyi bacaran Devid Bekhem.

O, dünyaca məşhur futbolçudur, amma onu futboldan nifrət edən qadınlar belə sevirlər. Çünki, o, yaraşıqlıdır, o, seksualdır və dəblidir. Məncə söhbətin kimdən getdiyini anladınız. Bəli, “Onların stili” layihəsində bu dəfə Devid Bekhemdən, daha doğrusu onun dillərə dastan olan geyim stilindən bəhs edəcəyik.

Devidin tərzinin bütün dünyada populyarlığı onun təkcə yaraşıqlı olması və mükəmməl geyim seçimləri ilə bağlı deyil. Medianın, onun reklam etdiyi məşhur brendlərin, Viktoriya Bekhemlə olan evliliyinin də onun bu qədər göz önündə olmasında payı var.

Amma bu da bir həqiqətdir ki, Bekhem baxımlı bir kişi olduğunu heç vaxt inkar etməyib. Hətta o bunu stadionda belə hiss etdirir. İnsanda elə hiss yaranır ki, Devid oyundan çıxıb birbaşa dəvətə gedəcək. Onu təqlid edən və onun kimi görünmək istəyən çox futbolçu var. Dünyada Bekhemdən gözəl geyinməyin sirrlərini öyrənmək istəməyən kişi yoxdur desək, yanılmarıq. Moda jurnallarının tez-tez Bekhemi üz qabığına çıxarması da təsadüfi deyil.

Bəs hər geyindiyi trendə çevrilən, bütün kişilərin açıq və ya gizli şəkildə təqlid etdiyi Bekhem bu qədər dəbli və yaraşıqlı görünməyi necə bacarır?

“Devid Bekhem” stilinin əsas tendensiyaları

Bekhem deyəndə ağla gələn ilk şey onun döymələridir. Demək olar ki, bütün bədənini örtən döymələr onu daha da seksual göstərir. Amma bədəninə döymə etdirən hər kişinin Bekhem kimi seksual görünəcəyinə söz verə bilmərik.

Doğurdan da çox az adama döymə bu qədər yaraşa bilər.

Devidin diqqət çəkən bir digər xüsusiyyəti bir-birindən fərqli saç düzümləridir. Həm qısa, həm də uzun saç ona çox yaraşır. Devid də bu həqiqəti bilir və saç stilini heç çəkinmədən tez-tez dəyişir. Onun saç stilləri kişilərin də diqqətindən yayınmır.

Saç ustalarının dediklərinə görə, kişilərin çoxu “Devid Bekhem” saçı istəyir.

Devidin inanılmaz cazibəsinin sirri kiçik detallardadır. Məsələn,köynəyinin bir tərəfini şalvarın içinə qoyub, digər tərəfini isə çöldə saxlamaq "Bekhem stili" adını alıb. Etiraf edək ki, bunu ilk dəfə başqası etsəydi yəqin ki, onu zövqsüzlükdə günahlandırardıq. Amma Devid edibsə, deməli bir bildiyi var.

image

Daha çox idman stilində geyinən futbolçu papaq, şapka və cins şalvardan vaz keçə bilmir.

Bel çantasını və qalın hörgülü koftaları çox sevən Bekhemin ən sevdiyi brendlər “Scotch&Soda”, “Burberry” və “Armani”dir. Adətən “Diesel” brendinin cinslərini geyinir.

Devid Bekhem günlük həyatda:

Futbolçu klassik ingilis tərzini idman stili ilə birləşdirərək özünə xas “Devid Bekhem” stilini yaradıb.

Çox vaxt “hip-hop” tərzindəki cins şalvarlarını cins köynəklərlə tamamlayır. İdman ayaqqabıları, başlıqlı (kapşonlu, paltarın yaxasına tikili papaq) koftaları, papaqları və xüsusilə, hava limanlarında əlindən düşməyən “Louis Vouiton”un kişilər üçün istehsal olunan çantaları onun stilini tamamlayan əsas parçalardır.

Devid dəvətlərdə

Dəvətlərə həmişə kostyumda gedir. Qəhvəyi və boz rənglərin ona çox yaraşdığının fərqindədir. Çox vaxt bu rəng tonlarında olan kostyumları seçir. Klassik ingilis tərzininin ən yaxşı təmsilçilərindən olan Bekhem bədənə tam oturan, dar kəsimli kostyumlar geyinir. Yaylıq və qalstuk detalına isə həmişə diqqət yetirir.

Dəbli ailə

Bekhem ailəsində dəbli olan sadəcə Devid deyil. Futbolçunun həyat yoldaşı, “stil ikonası” Viktoriya Bekhem moda dünyasına özünün yaratdığı ətir və cinslərlə daxil olub. Hazırda onun yaratdığı brend xanımların ən çox bəyəndiyi brendlərdən birinə çevrilib. Viktoriya ərinin geyiminə əl gəzdirməyi və ona tövsiyələr verməyi sevdiyini deyir. Deyəsən, Bekhemin bu qədər mükəmməl görünməyində Viktoryianın da rolu böyükdür.

Cütlüyün oğulları Romeo da artıq dəb dünyasına addım atıb. Belə ki, “Burberry” brendinin reklamlarında oynayan Romeo kiçik yaşda ulduz olmağı bacarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm