Mətbəx işlərini yüngülləşdirən məsləhətlər
Bizi izləyin

Tabloid.az

Mətbəx işlərini yüngülləşdirən məsləhətlər

Mətbəx işlərini yüngülləşdirən məsləhətlər
  1. Torta qatacağınız qoz, fındıq tortda bərabər şəkildə yayılması üçün onları una buladıqdan sonra qatın.
  2. Peçenyelərin bərkiməməsi üçün tənəkə qutuda (yüksək keyfiyyətli metal qutu nəzərdə tutulur) saxlayın və yanına bir-iki dilim alma qoyun.
  3. Tərəvəzləri daha təmiz yumaq üçün 15-20 dəqiqə sirkəli suda saxlayın və sonra yuyun.
  4. Cemin xarlanmasının səbəblərindən biri də cemi qabdan sulu qaşıqla götürməkdir. Həmişə cemi götürərkən qaşığı salfet və ya dəsmalla qurulayın.
  5. Cemin köpüklənməsini istəmirsinizsə, bişirərkən içinə qoz böyüklüyündə yağ atın.
  6. Makaronu qaynadarkən suyuna bir qaşıq duru yağ tökün ki, bir-birinə yapışmasın.
  7. Çörəyin kiflənməməsi üçün çörək qutusuna bir qab duz qoyun.
  8. Keksin daha çox qabarsı üçün tərkibinə bir qaşıq qaynar su əlavə edin. Amma yumurtaları çalmazdan öncə suyu tökmək lazımdır.
  9. Təzə çörəyi asan kəsmək üçün bıçağı bir neçə saniyə odda qızdırın.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm