Məleykə Əsədova: ”Mömin bir insanla nişanlanmaq istəyirdim...”
Bizi izləyin

Tabloid.az

Məleykə Əsədova: ”Mömin bir insanla nişanlanmaq istəyirdim...”

Xalq artisti, akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova haqqında yayılan məlumatlara vasitəsilə aydınlıq gətirib.

Xalq artisti, akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova haqqında yayılan məlumatlara aydınlıq gətirib. Qeyd edək ki, xalq artisti ilə bağlı mətbuatda məlumat yayılıb ki, vaxtilə onun nişanlısı olmuş şəxs aktrisanı aldadıb, onun külli miqdarda pulunu mənimsəyib.

Aktrisanın cavabı belə olub: “Həqiqətən də, üç il bundan əvvəl fanatım olan bir insanla nişanlanmaq qərarına gəlmişdim. O, mənim iki il idi ki fanatım idi, onu mömin, dindar, içkidən uzaq ağıllı bir insan kimi tanıyırdım. Daha doğrusu, o, özünü belə tanıtmışdı. Sonralar hiss elədim ki, məni sevirmiş. Mənə bir neçə dəfə elçi göndərdi. Mən Allaha bağlı olan, Allahını tanıyan bir insan olduğum üçün qərara gəldim ki, onunla nişanlanım. Amma sonradan onu yaxından tanımağa çalışdım, gördüm ki, mənə uyğun insan deyil. Buna görə də ondan uzaqlaşdım”.

Xalq artisti onu da bildirdi ki, üç ildir həmin adımı görmür. O ki qaldı soyğunçuluğa, Məleykə xanım bildirdi ki, bütün bunlar yalandır: “Məni aldadan və mənə qarşı soyğunçuluq hərəkətləri edən olmayıb. Nə də heç kimi polisə verməmişəm. Qaldı ki, "Masareti" markalı maşınıma, o maşın indi yoxdur”.

Xalq artistinin sözlərinə görə, belə bir məlumatların yayılmasında məqsədli olan insanlar var, onu gözdən salmağa çalışırlar: “Ağlım başımda olan bir insanam. Bu söhbətləri yayan insanlar mənə xələl gətirmək istəyirlər, amma xələl gətirə bilməyəcəklər. Başımı aşağı salıb öz sənətimlə, uşağımın tərbiyəsi ilə məşğulam”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm