Kişiləri ehtiraslandıran şirin ətirlər hansılardır? - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Kişiləri ehtiraslandıran şirin ətirlər hansılardır? - FOTOLAR

Güclü cinsin nümayəndələrini başdan çıxaran hissiyyatlı kompozisiyaların sirri nədədir?

Güclü cinsin nümayəndələrini başdan çıxaran hissiyyatlı kompozisiyaların sirri nədədir?

Siz heç kişilərin şirin, vanilli, darçınlı və şokoladlı qadın parfumlarına daha tez reaksiya verdiyini hiss etmisiniz? Bunun bir çox səbəbləri var. Birincisi, ətrin tərkibində istifadə elə bitkilər var ki, onlar birbaşa güclü cinsin nümayindələrini ehitarslandırır. İkinci tərəfi isə psixoloji məqamlarla bağlıdır. Psixoloqlar iddia edirlər ki, uşaqlıqda kişilərə şirniyyat yemək qadağası qoyulduğu üçün onlar şirin ətirlərə biganə qala bilmirlər. Məhdudiyyətlər siyahısına tortlar, konfetlər, karamellər, peçenyelər və başqa şirniyyatlar daxil idi. Hamımıza tanış olduğu kimi qadağan olunan hər şey daha şirin və arzulanan olur. Yəni, kişilərin böyüyəndən sonra bunun əvəzini çıxmaq istəməsi və şüursuz olaraq şirin ətir saçan qızlara üstünlük verməsi təəccüblü deyil. Xoşbəxtlikdən şirin ətirlər bu mövsüm çox dəbədir.

LA TENTATION DE NINA, NINA RICCI - “Alma ailəsinin” son ətri çox çəkici alınıb. Bu dəfə ətrin tərkibində badam, Burbon vanili istifadə olunub. Təsadüfi deyil ki, məhdud sayda istehsal olunan ətrin tərkibindəki əsas komponentlər şirniyyatlara həsr olunub.

LA TENTATION DE NINA, NINA RICCI

PRADA CANDY FLORALE, PRADA – Bu ətrin adı özü haqqında kifayət qədər məlumat verir.Onun çiçək versiyasının tərkibi şəhvətli və başdan çıxarıcı incə notlarla vurğulanıb.

PRADA CANDY FLORALE, PRADA

BONBON, VIKTOR & ROLF - Və yenə cəzbedici ad! Bonbon fransızcadan tərcümədə konfet deməkdir. Ətrin əsas inqrediyentlərinə mandalin, karamel və şaftalı daxildir. Yeri gəlmişkən, ətrin flakonu konfet bağlama formasında hazırlanıb.

BONBON, VIKTOR & ROLF

La Vie Est Belle, Lancôme – Ətrin primada tərkibi qənnadı sənətinin əsas ədviyyatları ilə vurğulanıb. Ətrin kompozisiyası nadir tapılan vanildən ibarətdir. Orta not qarağat və armud şirəsindən ibarətdir. Dayanmaq mümkün deyil...

LA VIE EST BELLE, LANCÔME

ANGEL, THIERRY MUGLER - Ətir tarixində ilk qurman ətir hesab olunur. Onun yaradıcısı Terri Myuqler qoxunun onun uşaqlığını xatırlatmasını istəyirdi. Buna görə də ətrin tərkibi şokolad, vanil, karameldən ibarətdir. Bu sazişi paçuli izləyir. Ətrin satışı rekord qırır. Əslində, ətrin bu cür uğurlu alınacağını heç kim gözləmirdi.

ANGEL, THIERRY MUGLER

Oxumağa davam et
Reklam
Reklam

Gündəm