Məşhurlar haqqında bilmədiyiniz faktlar
Bizi izləyin

Tabloid.az

Məşhurlar haqqında bilmədiyiniz faktlar

Tanınmış insanların həyatında baş verənlər hamı üçün maraqlıdır. Bunu nəzərə alaraq məşhurlar haqqında maraqlı faktları təqdim edirik.

Tanınmış insanların həyatında baş verənlər hamı üçün maraqlıdır. Bunu nəzərə alaraq məşhurlar haqqında maraqlı faktları təqdim edirik.​

1. Hollivud aktyoru Kianu Rivz “Matrisa” filmindən aldığı 75 milyon dolları ona filmlə bağlı texniki təlim keçən “SPX” komandasına sərf edib. Aktyor onlara “Harley Davidson” motosikli almaqla təşəkkürünü bildirib.

2.Aktyor Conni Depp uşaq xəstəxanalarını Kapitan Cek Spərrou kostyumu ilə ziyarət edir. O, bəzən heç bir xəbər vermədən Disneylendə gedərək uşaqlarla söhbətləşir və onlara imzalı fotoşəkillərini bağışlayır.

3.“Nirvana” qrupunun keçmiş üzvü, “Foo Fighters” qrupunun hazırki solisti Deyv Qrol Avstraliyada şaxta qəzası zamanı xilas gözləyən işçilərin istəyi ilə onlara qrupun mahnıları toplanmış İPod göndərib. Bununla yanaşı o, şaxtaçılara məktub yazaraq bildirib ki, xilas olduqdan sonra onlar “Foo Fighters” qrupunun konsertinə 3 bilet pulsuz əldə edə biləcəklər.

4.Harri Potter filminin qəhrəmanı Deniel Redklifdən fərqli olaraq çox istiqanlı insandır. O, dəqiqələrlə fanatlarıyla şəkil çəkdirməkdən və vaxtının 45 dəqiqəsini avtoqraf verməkdən narahat olmur.

5.Harri Potter filminin digər qəhrəmanı Emma Uotsonun da maraqlı hekayəsi var. Cadugər bayramında Harri Potter kimi geyinmiş balaca oğlan uşağını görən Emma ondan soruşub: “Sən Harri Pottersən?”. Təsdiq cavabı alan Emma balaca Harri Potterə özünü Germina kimi təqdim edərək onunla şəkil çəkdirməyi də unutmayıb.

6.“Bon Jovi” qrupunun solisti Bon Joviyə məxsus olan “Soul Kitchen” restoranında menyunun qiyməti yoxdur. Buraya təşrif buyuran müştərilər restorana dəstək kimi istədikləri qədər pul ödəyə bilər. Pul verməyən müştərilər isə restoranın qablarını yumalı olurlar.

7.Rok ifaçı Merilin Menson heç bir zaman üzünü görmədiyi qardaşının xərçəng xəstəliyinə tutulduğunu öyrənir. Bu səbəbdən Merilin qardaşını taparaq saatlarla onunla mahnı oxuyub, oyun oynayib, söhbətləşib. Evinin və qəlbinin sirrini heç tanımadığı qardaşına açıb. Üç həftədən sonra xəstə oğlan rok ifaçının köynəyində vəfat edib.

8.Aktyor Tom Henks kafelərin birində onunla şəkil çəkdirmək istəyən içkili insanın qəlbini qırmayıb.

9.İngilis yumor ustası Rassel Brend isə Los-Ancels küçələrində yaşayan evsizlərə yardım edir, yeni əşyalar alır, hətta onlarla gecə gəzintilərini də təşkil edir.

10.Aktyor Tom Kruz həyatında da maraqlı anlar yaşanıb. Kruz yol qəzasına şahidlik edib və qəzada yaralanan qadını xəstəxanaya çatdırıb.

Publika.az



















Oxumağa davam et
Reklam
Reklam

Gündəm