• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Oğlundan Əmraha sərt ismarıc

Oğlundan Əmraha sərt ismarıc

Əmrahın 23 yaşlı oğlu Tayfun Ərdoğan atasına sərt ismarıc göndərib.

4.5 aylıq hamilə sevgilisi Sibel Kirer ilə evlənən Əmrah oğlu Tayfunu toya dəvət etməyib. Atasının bu hərəkətinə əsəbləşən Tayfun maraqlı açıqlamalar verib:

“Mən istənməyən övladam. Amma heç kim yaşatdıqlarını yaşamadan bu dünyadan getməz. İkisi də bunu unutmasın. Evlilik oyunları tez bitəcək”.

Sakitləşə bilməyən Tayfun “Tvitter”da Əmraha və Sibel Kirerə sərt ismarıclar göndərib.

Tayfunun sosial şəbəkədə ən son yazdığı statusunda Sibelə ilişib: “İki dəqiqə insan ol desəm, “neçə dəqiqəm qaldı” deyərsən”.

Əmrah isə hələlik səssizliyini qoruyur.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR