Kişilərin yataqdakı arzuları
Bizi izləyin

Tabloid.az

Kişilərin yataqdakı arzuları

Cəlbedici qadın.Ehtiraslı və seks arzulayan qadınlar kişiləri istədiyi anda canlandıra bilərlər. Seksdə nə istədiyini bilən qadın bütün kişilərin xəyalıdır. Yəni, bu sahədə qadınlardan çox şey asılıdır.

Cəlbedici qadın .Ehtiraslı və seks arzulayan qadınlar kişiləri istədiyi anda canlandıra bilərlər. Seksdə nə istədiyini bilən qadın bütün kişilərin xəyalıdır. Yəni, bu sahədə qadınlardan çox şey asılıdır.

Əyləncəli seks. Aparılan araşdırmalardan məlum olub ki, seks zamanı kişiləri ən çox ehtiraslandıran gülümsəyən qadındır. Kişilər seksi həyatın bir hissəsi kimi qəbul edərək əyləncəli hala salmaq istəyirlər. Yataqda oyunlar oynayın, bir-birinizə toxunanda zarafatlarınızdan qalmayın.

Qulağına xoş sözlər pıçıldayın. Qadınlar kimi kişilər də layiq olduğu tərifi eşitmək istəyir. Yataqda qulağına xoş sözlər pıçıldamaqla kişilərin ancaq ehtirasını alovlandıra bilərsiniz. Bu isə onu daha da həvəsə gətirəcək.

9 вещей, которые мужчины хотят в постели

Kişini yönləndirin. Ona istəklərinizi çox ehtiraslı formada deyin. Məsələn, sənin öpüşlərinə heyranam. Bəzən qadın kişini idarə etməyə çalışmalıdır. Onun zövqü qədər sizinki də önəmlidir. Bunu ona hiss etdirin.

İzləmək istəyir. Ondan qaçmayın. Qadın özünə inananda daha seksual olur. Vücudunuzu yataqda gizlətməyin. Bədəninizə tamaşa etmək üçün ona imkan verin. Məsələn, alt paltarında mətbəxə gedib sonra onun yanına dönün. Örtüklərə deyil, ona sarılın!

İşığı söndürməyin. İşığı yanılı qoyaraq cəsarətli qadın olduğunuzu bir daha sübut edin. Kişilər qadın bədəninin hər hissəciyi ilə yaxından tanış olmaq, onu öyrənmək istəyir. Bunun üçün bütün işıqları yandırmağa ehtiyac yoxdur. Lampanın şüasi, yaxud da bir şam işığı bəs edər. Onların sayəsində yataq otağına filmlərdəki kimi effekti verə bilərsiniz.

Hiporaktiv qadın. Kişilər yataqda da hakimiyyəti əllərinə almaq istəsə də, işi öz üzərinə almaq istəyən qadınlardan ötrü ürəkləri gedir. Cazibəli və sirli baxışlarınız ona inanılmaz zövq verə bilər.

Eyni anda bir neçə poza. Bir pozadan bezməmisiniz? Yeniliklərə hazır olun və çərçivələri müəyyənləşdirin. Romantika ilə erotikanı birləşdirin. Eyni zamanda, onu nə qədər istədiyinizi sübut edən həmlə edin.

Canınızı sıxmayın. Gərgin və fikirli kişini ancaq sekslə özünə qaytarmaq olar. Onunla söhbət edərək də onu sakitləşdirə bilərsiniz, lakin bu seks qədər təsir göstərməz. Seks ona inanılmaz enerji verir. Bunun üçün mütləq deyil ki, cinsi əlaqədə olasınız. Güpürlü və şəffaf gecəliklə qarşısına çıxın və qucaqlaşıb yatın…

Sahib olmaq. Kişilərin bu xüsusiyyəti heç vaxt dəyişmir. Kişilər bəyəndiyi hər şeyi özünün olmasını istəyir. Ancaq onun olduğunuzu hiss etdirin.

9 вещей, которые мужчины хотят в постели

Bəzən heç nə etmək istəməz. Bu da kişilərin bir fantaziyasıdır. Kişilər bəzən tənbəl olmağa üstünlük verirlər. Sadəcə uzandığı yerdən onun üçün dəli olan gözəl bir qadına tamaşa etmək istəyərlər…

Sürprizlər. Siz o qadınlardan olmalısınız ki, kişini gözlənilməz anda təəccübləndirə biləsiniz. Kişilər yeniliyi sevdikləri üçün adrenalin onların xoşuna gəlir. Sürpriz faktoru onların zövq və məmnunluq hisslərinin artımasına imkan yaradır. Məsələn, hər bir kişi qeyri-standart seks haqqında fantaziyalar qurur. Yəqin ki, siz baş rolda başqa qəhrəmanın olmasını istəməzsiniz? Tərəf müqabilinizə maraqlı yerlərdə sekslə məşğul olmağı təklif edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm