Dondurmanın inanılmaz faydaları
Bizi izləyin

Tabloid.az

Dondurmanın inanılmaz faydaları

Sağlamlıq və şirniyyat dedikdə ağıla ilk olaraq dondurma gəlir. Dondurma xüsusən də yay aylarının ən sevimli şirniyyat növüdür. Digər şirniyyat növlərinə nəzərən daha az zərərlidir. Üstəlik kalorisi azdır. Tabloid.az dondurmanın faydalarını bu cür sırlal

Sağlamlıq və şirniyyat dedikdə ağıla ilk olaraq dondurma gəlir. Dondurma xüsusən də yay aylarının ən sevimli şirniyyat növüdür. Digər şirniyyat növlərinə nəzərən daha az zərərlidir. Üstəlik kalorisi azdır. Tabloid.az dondurmanın faydalarını bu cür sırlalayıb:

Hamiləlikdə də önəmli bir qidadır. Hamilə qadınlar hamiləlik müddətində zülal və kalsium baxımından zəngin olan qidaları qəbul etməlidirlər. Ana olmağa namizədlər tərkibində kalsium və zülalla zəngin olan qidalar qəbul etməsə, sümük əriməsi baş verə bilər. Buna görə də hamilələr gündə 3 stəkan süd və süd məhsulları qəbul etməlidirlər. Analar bu ehtiyaclarını dondurma ilə qarşılaya bilərlər.

Uşaqların qidalanmasında önəmlidir. Zülal və fosfor uşaqların böyüməsi, sümüklərin və əzələlərin inkişafı üçün lazımdır. Dondurmanın zəngin tərkibi inkişafda olan uşaqların bu ehtiyaclarını ödəyir. Süd sevməyən uşaqların ehtiyacı dondurma yeyilərək təmin edilə bilər. Onsuz da, dondurma sevməyən uşaq yoxdur.

Kimyaterapiya alan xərçəng xəstələri də yeyə bilər. Kimyaterapiya alan xəstələr iştahasızlıq və ürək bulanması kimi problemlərlə qarşılaşırlar. Ancaq dondurmanı bu xəstəlikdən əziyyət çəkənlər də yeyə bilər. Çünki digər yeməklər kimi ürək bulantısına səbəb olmur.

Dondurmanı pəhriz saxlayanlar da yeyə bilər. Dondurmanı hər gün, lakin həddi aşmadan yeyə bilərsiniz.

Yaşlılar da yeməlidir. Çeynəmək və udmaq çətin olmadığı üçün yaşlılar gündəlik kalsium ehtiyacını dondurma ilə ödəyə bilərlər.

Dondurma A vitamini, kalsium və fosforla zəngin olan zülal mənbəyidir. Buna görə də onu bütün yaşda olan insanlar yeyə bilərlər. Sadəcə boğaz ağrısı olanlara dodnurma yemək məsləhət deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm