Yeni evlənən Sərdar Ortacın belinə nə oldu?
Bizi izləyin

Tabloid.az

Yeni evlənən Sərdar Ortacın belinə nə oldu?

Təzə bəyin bu diaqnozla xəstəxanaya düşməsi Türkiyə mediasında birmənalı qarşılanmayıb

Məşhur müğənni Sərdar Ortaç dünən axşam “Harbiye Cemil Topuzlu Açıq hava Teatr”ında konsert verib.

Səhnəyə rəqqaslarının köməyi ilə çıxan müğənni mahnılarını oturaraq oxuyub.

Sərdar belindən əməliyyat olunduğunu və gəzə bilmədiyini açıqlayıb. Hətta buna görə həyat yoldaşı ilə tətilə çıxmaq planlarını təxirə saldıqlarını da bildirib. Ağrılarına baxmayaraq, gəliri kimsəsiz uşaqlara bağışlanacaq konserti təxirə salmayan Sərdar heyranlarını sevindirib.

Qeyd edək ki, Türkiyə mediasında yeni evlənən müğənninin belindən əməliyyat olunması birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə təzə bəyin xəstəxanaya düşməsi Sərdarı bəyənməyənlərlə müğənninin fanatları arasında zarafatlaşmalara səbəb olub.

Xatırladaq ki, Sərdar Ortaç bu ayın 6-da özündən 22 yaş kiçik olan irlandiyalı Kloi Lounqhanla ailə həyatı qurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm