Müslum Gursəs, Aygün Kazımovadan sonra Sevinc Musayeva
Bizi izləyin

Tabloid.az

Müslum Gursəs, Aygün Kazımovadan sonra Sevinc Musayeva

Türkiyədə “Azərbaycanın daha bir ünlü ismi” kampaniyası adı altında müğənni Sevinc Musayevanın təbliğatı aparılır. Müslum Gursəsin rejissoru kimi tanınan, xalq artisti Aygün Kazımovaya da klip çəkmiş rejissor Zafer Ünlü təsadüfən Sevinc Musayevanın “İs

Türkiyədə “Azərbaycanın daha bir ünlü ismi” kampaniyası adı altında müğənni Sevinc Musayevanın təbliğatı aparılır. Müslum Gursəsin rejissoru kimi tanınan, xalq artisti Aygün Kazımovaya da klip çəkmiş rejissor Zafer Ünlü təsadüfən Sevinc Musayevanın “İstanbulda liman” adlı mahnısını dinləyib. Nəğməni o qədər bəyənib ki, bu mahnıya İstanbulda boğaz içində klip çəkməyə qərar verib. Klipin və bu mahnının İstanbula həsr olunmuş mahnılar içində özəl yer tutacağına əmin olan rejissor Aygün Kazımova ilə də növbəti dəfə işbirliyi qurmaq arzusundadır.

Rejissor öz səhifəsində və həmçinin Türkiyənin şou xəbərləri ilə tanınan saytlarında artıq Azərbaycanın gənc müğənnisi ilə işbirliyindən söz açıb. Bununla da Sevinc Musayeva Türkiyənin adıçəkilən Azərbaycan sənətçilərindən biri olub. Türkiyənin bir neçə portalında onun haqqında yazılar dərc olunub.

Qeyd edək ki, Sevinc Musayeva Türkiyədə haqqında xəbərlərin yayılmasına, bu mahnının təbliğatına və dərc edilən yazılara pul xərcləmədiyini bəyan edib. Amma “İstanbulda liman” məhz Türkiyədə çəkilməli olduğundan Zafer bəyin təklifi göydəndüşmə fürsət olub və bu layihə tezliklə reallaşacaq. Artıq rejissor daha ətraflı danışıqlar üçün Bakıya dəvət olunub. Onun Aygün Kazımova ilə görüşmək istədiyi də bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm