“Transformer”ın gözəli göz qamaşdırdı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Transformer”ın gözəli göz qamaşdırdı - FOTOLAR

Aktrisa Nikola Peltz isə dekolteli paltarı və gözəlliyi ilə gecəyə damğa vurub

“Transformer” filminin davamı olaraq çəkilən "Transformers: Age of Extinction"un premyerası Honkonqda baş tutub.

Gecədə bir-birindən məşhur aktyor və aktrisalar, həmçinin rejissorlar iştirak ediblər. Filmdə rol alan aktyorlar Mark Ualberq, Kelsey Qrammer, Li Vanq və Han Qenq də qala gecəsində iştirak ediblər.

Çinli aktrisa Li Biqbinq geyimi ilə diqqət çəkib. Aktrisa Nikola Peltz isə dekolteli paltarı və gözəlliyi ilə gecəyə damğa vurub.

Mavi tondakı paltarı ilə qırmızı xalıda mükəmməl görünən aktrisa filmdə Tessa Yeage adlı obrazı canlandırır. Filmin daha öncəki seriyalarında Meqan Fox oynasa da, Nikolanın gözəlliyi ilə onu tamaşaçılara unutduracağı təxmin edilir.

Tabloid.az "Reuters"ə istinadən qaladan fotoları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm