• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Barmaqları gözəl göstərən mini üzük dəbi - FOTOLAR

Barmaqları gözəl göstərən mini üzük dəbi - FOTOLAR

Uzun müddət dəbdən düşməyən mini üzüklər bahar aylarında da barmaqları bəzəməyə davam edəcək. Mini üzüklər baharın ən önəmli aksessuar trendlərindən biri olacaq. Mini üzüklər o qədər populyarlaşıb ki, normal üzükləri dəbdən sıxışdırıb çıxaracaq.

Mini üzüklər barmaqların yuxarı hissəsinə taxılır. Barmağın yuxarı hissəsinə taxıldığı kimi, barmağın orta hissəsinə taxılan və bütün barmağı örtən üzüklər də mövcuddur.

Mini üzüklər təkcə düz halqa formasında istifadə edilmir. Mövsümün trendlərindən olan hərflər, geometrik formalar, göz muncuğu, sloqanlar, bürc simvolları, heyvan fiqurları mini üzüklərin üzərində istifadə edilir. Nazik və qalın üzüklər də olduqca məşhurdur.

Mini üzüklər bütün diqqəti əllərə topladığı üçün bu tərz üzüklər taxarkən əllərin baxımlı olması tələb olunur. Xüsusən də dırnaqların altına taxılan kiçik üzüklər dırnaqlara diqqət çəkir. Ən azı şəffaf parladıcı çəkərək mini üzüklərin əllərdə daha çox görünməsini təmin edə bilərsiniz. İncə və zərif əlləriniz varsa, mini üzüklər ən çox sizin əllərinizə yaraşacaq...

Əgər axtardığınız, ya da istədiyiniz formada mini üzük tapa bilmirsinizsə, normal üzüklərin kiçik modellərini ala bilərsiniz. Yəni, barmağınıza kiçik olan üzükləri bu formada istifadə edə bilərsiniz.

Tabloid.az bu il dəbdə olan üzük modellərini təqdim edir:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR