Meyvə şirələrinin sağlamlaşdırıcı gücü
Bizi izləyin

Tabloid.az

Meyvə şirələrinin sağlamlaşdırıcı gücü

Meyvə şirələri orqanizm üçün meyvənin özündən çox faydalıdır

Meyvə şirələri orqanizm üçün meyvənin özündən belə daha faydalıdır. Çünki şirə daha tez həzm olunur və həzm sistemi yüklənmir.

Şirələr bir çox xəstəliyə qarşı qoruyur, həmçinin sağaldıcı təsir göstərir:

Armud şirəsi

Əsasən qan dövranı sistemi və böyrək problemi olanlara məsləhət görülür. Sidikqovucu təsirə malikdir.Piylənmədən əziyyət çəkənlərə məsləhətdir. Həzmi tənzimləyir, antiseptik, antibakterial və ağrıkəsici təsirə malikdir.

Portağal şirəsi

Vitamin C mənbəyidir. Soyuqdəymənin müalicəsi və profilaktikası üçün əvəzolunmazdır.

Yorğunluğu aradan qaldırır və qan damarlarını möhkəmləndirir.

Böyrək xəstəlikləri, ateroskleroz və hipertoniya zamanı içmək məsləhətlidir. Onu da qeyd edək ki, bu şirəni mədə xorası, onikibarmaq bağırsaq pozğunluğu və qastrit zamanı içmək olmaz.

Alma şirəsi

Böyrəklərdən daşların düşməsinə kömək edir. Tərkibində minimal miqdarda kalori və çox miqdarda dəmir var. Pəhriz saxlayanlara və idmanla məşğul olanlara məsləhətdir. Tənəffüs orqanlarının sağlamlığı üçün gündə stəkan yarım alma şirəsi içmək lazımdır. Alma şirəsini kök, çuğundur və portağal şirəsi ilə qarışdırsanız daha faydalı olar.

Ananas şirəsi

Piyləri əridir və orqanizmi cavanlaşdırır. Angina və böyrək müalicəsi, stress zamanı faydalıdır. Mədəaltı vəzinin işinə yaxşı təsir edir, Sellülitdən əziyyət çəkənlər istifadə etməlidirlər. Ayaqdakı şişkinliyi aradan qaldırır və tromboz zamanı da məsləhət görülür. Arıqlamaq istəyənlər gündə bir fincan içə bilərlər.

Nar şirəsi

İştahanı artırır və mədənin fəaliyyətini nizama salır. O, sidikqovucu, antiseptik, ağrıkəsici vasitədir.

Mədə xəstəliklərindən əziyyət çəkənlərə nar şirəsi içmək olmaz.

Bu şirəni su ilə qarışdırıb içmək məsləhətdir.

Qreyfrut şirəsi

Bir qreyfrut insanın gündəlik C vitamini ehtiyatıcını tam ödəyir. Qreyfrut stressdən xilas edir. Qan təzyiqi və böyrək pozğunluğu zamanı içmək məsləhətdir. İştahasızlıq, yuxusuzluq, yorğunluq problemini də aradan qaldırır. Pəhrizlər üçün əvəzolunmazdır.

Qeyd edək ki, hansı meyvənin şirəsi olmasından asılı olmayaraq şirəni sıxan kimi içmək lazımdır. Çünki 10 dəqiqədən sonra şirə faydalı xüsusiyyətini itirir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm