Hamiləlikdən sonra bədəni ilə diqqət çəkən qadınlar - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Hamiləlikdən sonra bədəni ilə diqqət çəkən qadınlar - FOTOLAR

Qadınların çoxu məşhurlar kimi mükəmməl bədən quruluşuna sahib olmaq istəyir. Lakin qadınlar bilməlidirlər, bu bədən quruluşu təbiətin göydəndüşmə hədiyyəsi deyil. Onlar da arıq qalmaq üçün əllərindən gələni edir, mütəmadi olaraq idmanla məşğul olurlar.

Qadınların çoxu məşhurlar kimi mükəmməl bədən quruluşuna sahib olmaq istəyir. Lakin onlar bilməlidirlər, bu bədən quruluşu təbiətin göydəndüşmə hədiyyəsi deyil. Onlar da arıq qalmaq üçün əllərindən gələni edir, mütəmadi olaraq idmanla məşğul olurlar. Tabloid.az hamiləlikdən sonra tez bir zamanda əvvəlki formasına qayıdan qadınların reseptlərini təqdim edir:

Beyons. Tanınmış müğənni “Dreamgirls” filmi üçün 1 ayda 9 kq aırlamışdı. Sirri isə limonlu sudur. 1 ay ərzində limonlu su, doşab və istiotlu içkidən 6 və 12 stəkan içib. Hamiləlikdən sonra arıqlamaq üçün ətdən imtina edib.

Adriana Lima. “Victorias Secret”-in sevilən mələklərindən olan topmodel dəfilələrdən 9 gün əvvəl sadəcə zülal tərkibli içkilər içərək sürətlə arıqladığını bildirir. O, ideal formada qala bilmək üçün boksla məşğul olur, iplə tullanır.

Viktoriya Bekham. 4 uşaq dünyaya gətirdikdən sonra hətta modelləri qısqandıran bədən quruluşuna sahib olan Bekham “5 ovuc” pəhrizini saxladığını söyləyir. Belə ki, gün ərzində 5 dəfə bir ovuc dolu zülal tərkibli qidalar yeyir. Sonuncu övladı Harper Seveni dünyaya gətirdikdən sonra o bu pəhriz sayəsində 10 kq arıqlamışdı.

Penelope Kruz. İspaniyalı ulduz yeməkləri çoxlu çeynədiyini söyləyir. Yataqdan qalxan kimi ağzına çərəz atır və çeynəyir. Beləcə metabolizmasını hərəkətə gətirir. Bu üsul yağları əritməyə kömək edir. O, hamiləlikdən sonra yağlı qidalardan və şirniyyatdan uzaq duraraq ideal formasına qayıda bilib.

Miranda Kerr. Ərindən ayrıldıqdan sonra gündəmdən düşməyən model yoqa ilə məşğul olur. Bundan başqa, kakos südü içir. Bu süd isə yağları əritməyi asanlaşdırır.

Sara Migel Gellar. Sevilən aktrisa kökəldiyini hiss edən kimi bir həftə kələm supu ilə qidalanır. Kələm supu toxluq hissi verdiyi üçün kökəlməyə qoymur.

Ancelina Coli. Ancelina Coli doğuşdan sonra 3 həftə ərzində 11 kq arıqlayıb. Sirri isə əzilmiş sarımsaqla, sürtgəcdən keçirilmiş zəncəfildir. Aktirsa bu komponentləri qarışdıraraq ac qarına yeyib. Zavallı Bred...

Meqan Foks. Gözəl aktrisa səhərlər bir stəkan suya bal və alma sirkəsi əlavə edir və içir. Bu içki təkcə arıqlamağa kömək etmir, həm də dərini gəncləşdirir.

Cenifer Lopez. Cenifer Lopez əkizlərini dünyaya gətirəndən sonra ciddi pəhrizə başlayıb. Ağ çörəkdən tamamilə imtina edib. Günortalar balıq, axşam isə kələm salatı ilə qidalanıb. Təbii rəqslə də məşğul olduğunu unutmaq lazm deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm