Ayaqları seksual göstərməyin üsulları
Bizi izləyin

Tabloid.az

Ayaqları seksual göstərməyin üsulları

Sellülit dərinin altındakı yağ hüceyrələrinin böyüyərək, gözlə görünən hala gəlməsidir. Sellülit həm də dərinin iltihabı deməkdir. Həmin nahiyədə əzələlərinin pozulması, qəbul edilən qeyri sağlam qidalanma dərinin elastikliyinin və hamarlığının pozulmasın

Sellülit dərinin altındakı yağ hüceyrələrinin böyüyərək, gözlə görünən hala gəlməsidir. Sellülit həm də dərinin iltihabı deməkdir. Həmin nahiyədə əzələlərinin pozulması, qəbul edilən qeyri sağlam qidalanma dərinin elastikliyinin və hamarlığının pozulmasına gətirir. 2 yaşından sonra yağ hüceyrələri artmır, ancaq onlar 60 dəfəyə kimi böyüyə bilir. Sellülit həm də genetik səbəblərdən dolayı da yarana bilər.


Sellülit adətən daha çox bud, qarın kimi nayihələrdə daha çox bəlli olur. Müasir dövrdə hərəkətsizlik və fast food qidalardan istifadə də dəri probleminin yaranmasına yol açır. Bundan başqa, gənc yaşda tez-tez kökəlib arıqlayan insanlarda da bu hal görülə bilər. Amma hər səhər ayaqlarınıza 5 dəqiqə ayırmaqla sellüliti azalda bilərsiniz.


Sellülitin qarşısını alıb cazibədar ayaqlara sahib olmağın ən yaxşı yolu üzməkdir. Qeyd etmək lazımdır ki, əgər qadın müalicə müddəti ərzində müəyyən pəhriz rejimini yerinə yetirməzsə, heç olmasa minimal bədən tərbiyəsi hərəkətləri etməzsə, sellülitin müalicəsi gözlənilən nəticəni verməz.

Sellülitin yaranmaması üçün isə aşağıdakıları etmək olar:


Qidalanma rejimini dəyişmək və idmanla məşğul olmağa təəssüflər olsun ki, çoxları tənbəlik edir. Ancaq bu, sellülitin qarşısını almağa mane ola bilməz. Bu günə qədər sellülitin qarşısını almaq üçün bir çox məhsul istehsal edilib. Onlara pul xərcləmək istəmir, yaxud da heç bir faydasını görmürsünüzsə, Tabloid.az-ın məsləhətlərinə əməl edərək sellülitlə mübarizədə qalib gələ bilərsiniz.

Sərt fırça alın. At tükü və ya kaktus fırçası kimi alternativlər ola bilər. Səhər yuxudan duran kimi ilk 10 dəqiqənizi sellülitlə mübarizəyə həsr edin. Həmin nahiyəni aşağıdan yuxarıya tərəf fırçalayın.

Əvvəlcə sağ alt, sonra sağ üst ayaqları fırçalayın.
Sonra sol alt və üst ayağınızı fırçalayın.
Sonra eyni üsulu əvvəlcə sağ, sonra sol qolunuza tətbiq edin.
Sonda göbəyinizi dairəvi hərəkətlərlə fırçalayın.

Fırça üsulu qan dövranını sürətləndirir. Qan dövranı ilə birlikdə hüceyrələr arasındakı təzyiq artır. Bu isə yağ toxumalarının dağılmasına kömək edir. Bir həftə ərzində hər səhər 5 dəqiqənizi buna ayırsanız, sellülitin əhəmiyyətli dərəcədə azaldığını müşahidə edərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm