“Gecələr”də Özcan Dənizlə Fehriyya Evcan göründü - VİDEO
Bizi izləyin

Tabloid.az

“Gecələr”də Özcan Dənizlə Fehriyya Evcan göründü - VİDEO

Müğənni Aygün Məmmədova repertuarına bu dəfə həzin musiqinin müşayiəti ilə yeni nəğmə daxil edib və onu “Youtube”dakı kanalında yerləşdirib. “Gecələr” adlanan şerin müəllifi istedadlı şairə Nəzakət Nəmanddır. Mahnını Neyman Mustafaza aranjeman edib.

Müğənni Aygün Məmmədova repertuarına bu dəfə həzin musiqinin müşayiəti ilə yeni nəğmə daxil edib və onu “Youtube”dakı kanalında yerləşdirib. “Gecələr” adlanan şerin müəllifi istedadlı şairə Nəzakət Nəmanddır. Mahnını Neyman Mustafaza aranjeman edib. Yeri gəlmişkən, Aygün bundan öncə də şairənin bir neçə mahnısını repertuarına daxil edib.

Müğənninin dinləyicilərindən biri “Gecələr” mahnısını video şəklində yığıb. Video görüntülərdə Türkiyədə lentə alınan “Evim sənsin” filminin kadrlarından istifadə olunub. Filmdə baş rollarda Özcan Dəniz və Fehriyya Evcan çəkiliblər.

Qeyd edək ki, Nəzakət Nəman yaxın günlərdə oxucularına yeni kitabını təqdim edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm