Dırnaqları möhkəmləndirən bal maskası
Bizi izləyin

Tabloid.az

Dırnaqları möhkəmləndirən bal maskası

Dırnaqları möhkəmləndirən bal maskası

Tabloid.az dırnaqları möhkəmləndirib qırılmasına yol verməyən ballı maska reseptlərini təqdim edir:

Maksa 1

Ərzaqlar:

1 yemək qaşığı bal

2 yem.k qaşığı zeytun yağı

Hazırlanması: Bir qaba 1 yemək qaşığı bal və 2 yemək qaşığı zeytun yağı əlavə edib qarışdırın. Yaxşı qarışdırılmış maskanı dırnaqlara və dırnaq ətlərinə çəkin. 15 dəqiqə gözləyin. sonra ilıq su ilə yaxalayıb nəmləndirici çəkin.

Maska 2

Ərzaqlar:

2 yumurta sarısı

3 yemək qaşığı kokos yağı

1 yemək qaşığı bal

1 yemək qaşığı duz

Bütün ərzaqları qarışdırıb dırnaqlarınıza boya kimi çəkin. 10 dəqiqə gözləyin. İlıq su ilə yaxalayıb qurulayın.

Maska 3

Ərzaqlar:

1 yumurta ağı

1 ampula E vitamini

1 çay qaşığı bal

Hazırlanması: 1 yumurta ağını yaxşıca qarışdırıb 1 ampula E vitamini və 1 çay qaşığı balla qarışdırın. Bu qarışığı 5 dəqiqə masaj edərək dırnaqlara çəkin. 1 saat sonra dırnaqlarınızı yaxalayın. Daha sonra badam yağı çəkin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm