Narıncı rəngin cazibəsi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Narıncı rəngin cazibəsi - FOTOLAR

2014-cü ilin ən dəbdə olan rəngini nə ilə geyinmək olar?

2014 yaz mövsümü rəng trendlərində ən çox narıncı rəng diqqət cəlb edir. Siz də yaya yaraşan və pozitiv enerji verən narıncı rəngi stilinizdə əks etdirmək istəyirsinizsə, bu yazını oxumalısınız. Çünki bu rəngdə geyim alarkən doğru seçimlər etmək çox vacibdir.

Narıncı paltar:

Narıncı rəng paltar sizin modanı yaxından təqib etdiyinizi göstərəcək. Əgər narıncı rəngin çox diqqət çəkici olduğunu düşünür və geyinməyə çəkinirsinizsə, daha açıq tonlarına müraciət edə bilərsiniz.

Narıncı ətək:

Narıncı ən sevdiyiniz rənglər arasında deyilsə, sadəcə ətək seçiminizi bu rəngdə edə bilərsiz. Əgər ombalarınız və ayaqlarınız idealdırsa, tünd narıncı ətək sizə çox yaraşacaq. Bej rəngli ayaqqabı və çanta ilə stilinizi tamamlaya bilərsiniz.

Narıncı kofta:

İdeal bədən ölçülərinə sahib qadınlara narıncı koftalar çox yaraşır. Narıncı köynəkləri bej ətəklərlə kombin etmək olar.

Narıncı çanta:

Paltarınız qara və ya ağ rənglərdədirsə, narıncı rəng çanta ən uyğun seçim olacaq.

Narıncı pencək:

Hər xanımın qardrobunda mütləq bir ədəd narıncı rəng pencək olmalıdır. Cins şalvarlarla və ağ rəngli geyimlərlə kombin etdiyiniz narıncı pencəkdə dəbli görünəcəksiniz.

Narıncı ayaqqabılar:

Narıncı rəng ayaqqabılar həm sizi daha enerjili və gənc göstərəcək, həm də ilin ən dəbli xanımlarından biri olmağınıza kömək edəcək. Narıncı rəngi sevmək üçün bu qədər səbəb kifayətdir.

Narıncı şalvar:

Don və ətək geyinməyi o qədər də sevmirsinizsə, narıncı rəng şalvarınızı bej rənglərdə ayaqqabı ilə kombin edərək dəbli olduğunuzu sübut edə bilərsiz.

Narıncı və ağ:

Narıncı rəng ən çox ağ rənglə uyğunlaşır. Ona görə də bu rəngdə geyim alarkən qardırobunuza ağ rəngli şalvarlar, koftalar və paltarlar da əlavə etsəniz pis olmaz.

Narıncı və göy:

Bir-birinə ən çox yaraşan rənglər narıncı və göydür desək, yanılmarıq. Bu rəngləri kombin etmək 2014-cü ilin trendləri arasındadır.

Narıncı rəng və naxışlar:

Narıncı rəngin naxışlarla arası yaxşıdır. Cürbəcür naxışlarla bəzənmiş paltarlarla narıncı rəngli hər hansı bir geyimi kombin edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm