Yayın qışqıran qısa şort dəbi – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Yayın qışqıran qısa şort dəbi – FOTOLAR

Yay elə bir fəsildir ki, gözəl görünmək istəyən xanımlar yayda özlərinə daha çox diqqət yetirirlər. Hər il olduğu kimi, bu il də dünya modelyerləri müxtəlif dəbli və rəngli geyim kolleksiyalarını təqdim edirlər. 2014-cü ilin yay dəbindən danışarkən mövsüm

Yay elə bir fəsildir ki, gözəl görünmək istəyən xanımlar yayda özlərinə daha çox diqqət yetirirlər. Hər il olduğu kimi, bu il də dünya modelyerləri müxtəlif dəbli və rəngli geyim kolleksiyalarını təqdim edirlər. 2014-cü ilin yay dəbindən danışarkən mövsümə uyğun olan geyimləri xüsusi vurğulamaq lazımdır. Məsələn, şortlar. Xanımların əksəri yay mövsümündə şort geyinməyi xoşlayır. Şortlar yay qarderobunda xüsusi yer tutur. Bu gün yayın qışqıran qısa cins şort dəbindən danışacağam.

Şortlar da bir çox geyimlər kimi kişi qarderobundan qadın qarderobuna daxil olub. Bir neçə əsr əvvəl şortları ancaq kişilər geyinərdilər. XVII əsrdə kişilər atı rahat sürmək üçün şalvarların balaqlarını qısaldırdılar. XIX əsrdə ingilislər bermuda formasında olan şortlar geyinirdilər. XX əsrdə isə kapri formasında olan şortlar dəbə minir. Moda dünyasının təkamülü nəticəsində bir çox üsulların tətbiqi müxtəlif materiallarda və uzunluqda şortların yaranmasına gətirib çıxarır. XX əsrin əvvəllərində qadın şortları meydana gəlir. Əslində, ilk şortlar çimərlik və idman üslubunda tikilib. Bir neçə ildən sonra gündəlik geyim formasına düşür. 1910-cu illərdə şortları Rusiyada ancaq gənc skautlara geyinməyə icazə verilirdi. Böyüklərə şort geyinmək isə qəti qadağan idi. 1950-ci illərdə cənub kurortlarında şort geyinmək cərimə ilə nəticələnə bilərdi. Dünyada ilk dəfə “şortik”i iki qız 1937-ci ildə Fransada geyinib. Bu hadisə o qədər şok effekt yaratmışdı ki, küçədə tıxac yaratmışdı. Hətta avtomobil qəzası baş vermişdi.

Cins şortlar hamımızın qarderobunda yer alan klassik parçalardan birinə çevrilib. Cins şortlar qadınlar tərəfindən o qədər mənimsənilir ki, son illərdə qış dəbində də özünü kəskin şəkildə göstərir. İstisnasız olaraq bütün dövrlərdə yay mövsümünün əvəzolunmaz trendlərindən biri olaraq qalır. Lakin tez ötüşən dəb trendlərinə ayaq uyduraraq şortları onlarla uyğunlaşdıra bilərsiniz. Yüksək belli şortların öz yerindən elə möhkəm yapışıblar ki, dəbdən düşmək istəmirlər.

Ağ köynəklə

Cinslə ağ rəngin mükəmməl tandemindən xəbərdar olmayan yoxdur. Ayaqqabını isə tərzinizə görə müəyyənləşdirə bilərsiniz.

Cinslə

- “Double Denim” (cins dəsti) trendi hələ də keçərlidir. İsti yay günlərində cinsə yaxın olan parçadan tikilən köynəklərə də yer verə bilərsiniz.

Pencəklə geyinin

Pencəklə dəstləşdirin. Cinsləri soyuq havada bleyzerlə, yaxud uzun və nazik jaketlə uyğunlaşdıra bilərsiniz.

Şifon köynəklər

Cins kobud parça hesab olunsa da, onunla təzad yaradan şifon köynəkləri birləşdirə bilərsiniz. Şifon parçalar zərif, cinslər kobud parça olsa da, bu tərz ümumi görüntünü korlamır və bir-birinə xələl gətirmir. Əksinə, şıq bir stil meydana gəlir. Köynəyin qollarını qatlamağı unutmayın.

Kimono pencəklər

Bohem tərzinə ayaq uydurmaq istəyənlər kimono pencəklərə yer verə bilərlər.

Krujevalı bluzlar

Krujeva detalları qadını şıq və çəkici göstərir.

Breton bluzlar

Klassik ağ-qara zolaqlı köynəkləri cins şortlarla birləşdirməkdən çəkinməyin.

Aksessuarlar

Çəkici və dəbli görünmək üçün aksessuarların istifadəsi vacibdir. Əks halda adi və darıxdırıcı qadın obrazından o tərəfə gedə bilməyəcəksiniz. Papaqlar, şlyapalar, eynəklər, həcmli boyunbağıları cins şortla uyğunlaşdırmaq çətin deyil.

Qısa üstlər

Crop topun- beli qısa köynəklərin populyarlığı davam edir. Üstəlik, cins şortlarla əla qalır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm