Zəncəfilin faydalarını bilirsinizmi?
Bizi izləyin

Tabloid.az

Zəncəfilin faydalarını bilirsinizmi?

Təbiətin nadir hədiyyəsi olan zəncəfil şərq ədviyyatıdır. Zəncəfil tərkibində efirli yağ olan bitkidir. Ümumiyyətlə, bu fəsildən olan üç növ bitkinin köklərindən zəncəfil alınır. Bunlar: aptek zəncəfili, alpiniya zəncəfili və kurkuma zəncəfilləridir. Göst

Təbiətin nadir hədiyyəsi olan zəncəfil şərq ədviyyatıdır. Zəncəfil tərkibində efirli yağ olan bitkidir. Ümumiyyətlə, bu fəsildən olan üç növ bitkinin köklərindən zəncəfil alınır. Bunlar: aptek zəncəfili, alpiniya zəncəfili və kurkuma zəncəfilləridir. Göstərilən bu bitkilərin üçü də Cənubi Asiyanın rütubətli tropik meşələrində bitir.

Zəncəfil bitkiləri çoxillik, orta boylu ot bitkiləridir. Hər üçünün də xoşagələn ətirli efirli yağı vardır. Kökümsov gövdələrində efirli yağın miqdarı daha çox olduğu üçün o, xammal kimi işlədilir. Bu bitkilərin efirli yağına xoş ətirli iy verən tərkibindəki seskviterpenlərdir.

Zəncəfil yeyinti sənayesində ətirli ədviyyə kimi geniş istifadə edilir. Zəncəfilin eyni zamanda, müalicəvi əhəmiyyəti də vardır. O, mədənin həzm fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq iltihabının və orada çürümə prosesinin qarşısını alır. Odur ki, zəncəfilli xörəklərin və zəncəfil çayının xroniki mədə-bağırsaq xəstəliyinə tutulanlar üçün çox xeyri var.

Adət-ənənələrinə bağlı olan Çin təbabətində çox istifadə olunan zəncəfil, müasir Çin təbabətində də öz yerini mühafizə etməkdədir. Çində dərc olunan gündəlik dərman istifadəsi bələdçisində zəncəfilin müalicədəki əhəmiyyəti vurğulanır. Çinlilər zəncəfili mədə və qarın ağrılarında, ishalda, soyuqlamada və revmatizm xəstəliklərində istifadə edirlər.

Hindistanda zəncəfilin istifadə tarixi 2000 il əvvələ gedib çıxır. Xüsusilə, günəş işığında qurudulmamış zəncəfil soyuqdəymə, astma, öskürmə, bağırsaq xəstəlikləri, iştahasızlıq, həzmsizlik və revmatizm xəstəliklərində müalicə məqsədilə istifadə olunur.

Soyuqladığınızı hiss edərkən zəncəfilli çay içmək faydalıdır. Zəncəfilin tərkibində virus əleyhinə komponentlər və infeksiya ilə mübarizədə yardım edən efir yağları var.

Bunun üçün bir bir neçə qaşıq zəncəfil, qara istiot, 4 ədəd hil, zövqə görə mixək və ya darçın da lazımdır. Ədviyyatlar əzilir, minalı qazana 280 ml. isti su doldurulur. Əzilmiş ədviyyatı suya əlavə edin, zəif odda 20 dəqiqə qaynatmaq tövsiyə edilir. Sonra ona bir çimdik qara çay, bir qədər süd və bir çay qaşığı bal qatmaq lazımdır. Bu içkini qəbul edənlər səhəri günü özlərini gümrah və güclü hiss edirlər.

Gözəllik üçün istifadə qaydaları

Yeməklərdə istifadə edilən zəncəfil kosmetik baxımdan da faydalıdır.
Zəncəfil çayı ilə üzünüzü silin və sonra nəmləndirici sürtün. Dəriniz parlaq və sağlam olacaq. Zəncəfil çayını içdikdə də dəri təravətli və qırışıqsız olur.

Zəncəfil çayı fiziki və zehni yorğunluğu və həmçinin stressi də aradan qaldırır.

Necə istifadə edilir?

Zəncəfili toz olaraq istifadə etmək əvəzinə, daha çox təzəsini almağa çalışın, təzəsi əksər marketlərdə satılır. Yumru formada olan bu bitkidən incə bir dilim kəsin, qabığını soyduqdan sonra rəndələyərək bitki çaylarınıza əlavə edə bilər və ya dilim olaraq tərəvəz yeməklərinizə qatıb tərəvəz ilə birlikdə bişirə bilərsiniz. Bundan başqa, zəncəfil peçenye və ya keksə olduqca gözəl bir ətir verir.

Saxlama şəraiti əhəmiyyətlidir!

Zəncəfili təzə alıb istehlak etmək daha təsirli olduğu kimi saxlama şəraiti də əhəmiyyətlidir. Çünki zəncəfil kəsildikdən sonra otaq şəraitində çox tez kiflənə bilir. Bunun qarşısını almaq üçün zəncəfili aldıqdan sonra rəndələyib dondurucuda saxlaya, ehtiyacınız olduğunda istifadə edə bilərsiniz.

Qeyd: Bir çox bitki istehlak miqdarına da bağlı olaraq bəzi xəstəliklərin müalicəsinə mənfi təsir edə bilər, amma zəncəfilin hər hansı bir qida və ya dərmana heç bir təsiri yoxdur.

Zəncəfil pəhrizi

Quru kökünü qaynadın. Bu bitki insanın mədə-bağırsaq sisteminə yaxşı təsir edir, metabolizmanı sürətləndirir, yağların orqanizm tərəfindən mənimsənilməsini zəiflədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm