Günəşdən qoruyucu təbii vasitə
Bizi izləyin

Tabloid.az

Günəşdən qoruyucu təbii vasitə

10 dəqiqəyə günəşdən qoruyucu krem hazırlayın

Artıq dəniz mövsümü açılıb. Bu isə o deməkdir ki, tezliklə özümüzə ən uyğun günəşdən qoruyucu vasitəni tapmalıyıq. Təbii məhsulların tərəfdarları tərkibində kimyəvi maddələr olmayan günəşdən qoruyucu kremə üstünlük verirlərsə, 10 dəqiqələrini onu hazırlamağa sərf etməlidirlər. Bununla özünüzü Günəşin zərərli şüasından qoruyacaq və əlbəttə ki, qüsursuz qaralacaqsınız.

Tələb olunan məhsullar:

10 qr yerkökü yağı kremin əsas komponentlərindən biridir. Bu yağ Günəşdən gələn ultrabənövşəyi şüalara qarşı bədənin immunitetini artırır.

20 qr zeytun yağının da Günəşin zərərli şüasından qoruyucu təsiri var.

10 qr kakao yağı dərini nəmləndiricəcək. Kakao yağını heç nə qatmadan da günəşdən qoruyucu kimi istifadə etmək olar

Ərik, badam, qaraçörəkotu və fındıq yağının hər birindən 10 qram kremə əlavə etmək lazımdır.

Yağları yaxşı qarışdırdıqdan sonra şüşə qabda saxlayın. Bu kremi Günəşə çıxmazdan 20 dəqiqə əvvəl çəkmək lazımdır. Gündə bir neçə dəfə istifadə etmək mümkündür.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm