Qadınlar bu kişi üçün hər şey etməyə hazırdılar - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Qadınlar bu kişi üçün hər şey etməyə hazırdılar - FOTOLAR

O, nə repçi, nə müğənni, nə də modeldir

O, nə repçi, nə müğənni, nə də modeldir. Söhbət qadınlar sayəsində fenomenə çevrilən Ceremi Miks adlı şəxsdən gedir. 30 yaşlı Ceremi mafiya üzvüdür və çox qəddar bir qatildir. Buna baxmayaraq, mavi gözləri, qüsursuz çənəsi və yaraşıqlılığı ilə diqqət çəkən Cereminin fotoları 50.000-dən çox bəyəni toplayıb.

Amerikada, Stokton polisi tərəfindən çəkilən fotoları ilə qadınları heyran qoyan Cereminin belə sevilməsi polisləri də təəccübləndirib.

Ceremini yaxalayan polislərdən birinin verdiyi açıqlamaya görə, yaxalanan cinayətkarların hamısının şəklini çəkib cinayətkarlara ibrət olması üçün “Facebook”da polis bölməsinin rəsmi səhifəsində paylaşırlar. Amma ilk dəfədir ki, belə hadisə ilə qarşılaşıblar: “Fotonu paylaşan kimi əvvəlcə Amerikanın müxtəlif ştatlarından, daha sonra da demək olar ki, dünyanın hər yerindən reaksiya verildi”.

Cinayətkarın fotosuna sevgi etirafları yazan qadınlar hətta onun həbsdən çıxması üçün tələb olunan 900 min dolları belə ödəməyə hazır olduqlarını bildiriblər. Cereminin fotosuna gələn ən maraqlı şərhlər isə bunlardır:

“Cəzalarını, ağrılarını mənə gətir. Sənə heç nə olmasın, mən çəkərəm”.

"Nə qədər kəfalət lazımdır deyin, ödəyək, çıxarın onu”

"Həbsxanada çürüməyəcək qədər yaraşıqlıdır bu adam”

"Aman Tanrım, nə gözəl gözləri var. Nə cinayət işlədiyi vecimə deyil"

"Səndən uşağım olsun istəyirəm”

"Moda jurnalından çıxıb elə bil”

"Amerikanın gələcəkdəki bir nömrəli top modeli"

"Məni də həbs edin, onun yanına qoyun”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm