İri bədənli modellər – Fotolar
Bizi izləyin

Tabloid.az

İri bədənli modellər – Fotolar

Onların bədən ölçüləri ənənəvi 90-60-90 düsturundan çox kənara çıxır.

Onların bədən ölçüləri ənənəvi 90-60-90 düsturundan çox kənara çıxır.

Kristal Renn son 12 ildə iri bədən ölçülü model kimi çalışıb. 14 yaşında olarkən pəhrizə oturub və çəkisinin yarıdan çoxusunu itirə bilib. Bununla belə, o, dolubədənli model adlanır. 42 yaşlı Kristal yoqa və pilatesin sayəsində yenidən arıqlaya bilib. O, “Sport İllustrated -2012” dərgisində çimərlik geyimində çəkilib. Bundan əlavə, Kristal “Glamour”, “Allure Russia”, “Elle Ukraine”, “Harper’s Bazaar”, “Vogue” kimi dünyaşöhrətli jurnalların üz qabığı üçün də çəkilib.

ABŞ hüdudlarından kənarda tanınan ən iri gövdəli model isəTara Linndir. Təhsil haqqını ödəmək üçün qız model kimi özü sınamaq niyyətinə düşür. Standart bədən ölçülərinə malik olmasa da, o, “Vogue”, “Elle” kimi dünya şöhrətli jurnalları üçün çəkilib.

Avstraliyalı gözəlçə Robin Lauli yeməyə olan sevgisini həqiqi sevgi hesab edir. Lauli dünyada məşhur olan iri bədənli üç modeldən biridir. Avropa, ABŞ və vətəni Avstraliyanı layiqincə təmsil edir. Hazırda qız yeməklər barədə kitab yazır və iri bədən ölçülü xanımlar üçün çimərlik geyimləri buraxır.

Deniz Bido yarı puerto-rikolu, yarı küveytlidir. İyirmi yeddi yaşlı model artıq bir çox reklam çarxında və realiti-şoularda çəkilib.

Kendiz Haffin 29 yaşlı amerikalı Kendiz də dünyada iri bədən ölçüsünə görə məşhur modellərdən biri hesab olunur. Kendiz bir sıra jurnallarda alt paltarı və çimərlik geyimində çıxış edib. Haffin iri bədənli qızlara düzgün geyinmək barədə məsləhət verir və öz geyim evini açmağa hazırlaşır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm