• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Rənglərin intim həyata təsiri - FOTOLAR

Rənglərin intim həyata təsiri - FOTOLAR

Əhatəsində yuxuya getdiyiniz rənglər həyatımıza da təsir edir. Yataq otağındakı rənglər bütün yataq otağının dekorasiyası üzərində hakimdir. Məsələn, qara divarlar və qara yataq örtüyü dəsti yataq otağında depressiya yönümlü ab-hava yarada bilər. Və ya qırmızı rəngin çoxluq təşkil etdiyi yataq otağının dekorasiyası gözə yorucu gələ, rahatlığa mənfi təsir edə bilər. Buna görə də istər divar, istərsə də mebel üçün rəngləri seçərkən gözləri yormayan, rahatlaşdırıcı rənglərdən istifadə etməlisiniz. Təbii ki, bu, sizin otağınız üçündür.

Uşaq otaqlarında isə istədiyiniz qədər çılğın rənglərdən istifadə edə bilərsiniz. Seçdiyiniz aksessuarları, işıqlandırmanı, yataq örtüklərini, pərdələrı və yataq otağı dekorasiyasını evin ümumi dekorasiyası ilə uzlaşdıra bilərsiniz.

Yataq otağında istifadə etdiyiniz mebellər və otağın ümumi dekorasiyası yataq otağının rəng seçimində əhəmiyyətli rol oynayır. Məsələn, taxtası çoxluq təşkil edən mebelləriniz varsa və otağın ümumi görünüşü lüks havadadırsa, divarlarda açıq sarı, açıq narıncı rənglərdən, yaşılın müxtəlif çalarından istifadə edə bilərsiniz. Zeytun yaşılı, limonlu yaşıl, yumurta sarısı kimi rənglər lüks, country stilində döşənmiş yataq otaqlarında uyğunluq yarada bilər. Country - kənd stilinin ümumiləşdirilmiş adıdır. Bu tərzin əsas cəhəti təbiətə yaxınlıq, kənd həyatının ruhunu təqdim etməkdir

Yataq otağı üçün rəng seçərkən diqqət yetirməniz lazım olan bir başqa məqam isə otağın böyüklüyüdür. Bəzi rənglər məkanı daha geniş, bəzi rənglər, əksinə, daha kiçik göstərir. Yataq otağınız kiçikdirsə, işığın daha çox əks olunması və otağın daha geniş görünməsi üçün açıq rənglərdən istifadə edin. Açıq yaşıl, qəhvəyi, sarı rənglərin ən açıq çaları və pastel tonları kiçik yataq otağı divarları üçün istifadə edilə biləcək ən uyğun rənglərdir.

Əgər uşaqların yataq otağının divarlarını rəngləmək istəyirsinizsə, bənövşəyi, qırmızı, parlaq narıncı, tünd yaşıl kimi əyləncəli rənglər seçə bilərsiniz. Yataq otağı rəngləri üçün alternativlər sonsuzdur. Hazır boya firmalarının kataloqundan bir rəng bəyənə bilər, ya da böyük marketlərdə müxtəlif rəngləri qarışdıraraq öz bəyəndiyiniz və kataloqlarda olmayan bir boyanı hazırlaya bilərsiniz.

Yataq otağınızda daha müasir ab-hava yaratmaq üçün (əgər kiçik mebellər ilə dekorasiya etməyi düşünürsünüzsə) mebellərdə tünd rənglərdən, divar və tavan boyalarında ağ, açıq boz tonları, bej, açıq qəhvəyi kimi rənglərdən istifadə edə bilərsiniz. İndi isə sizlərə yataq otağınız üçün rəng seçməkdə işinizi asanlaşdıracaq və hansı rənglərin duyğularımızı hərəkətə gətirdiyi haqda bəzi məlumatlarla tanış olaq.

Qırmızı

Divarlara canlı görünüş qazandıran və enerji verən rəngdir. Qırmızı rəng eyni zamanda,qan dövranını sürətləndirir. Bu rəngdən xüsusilə gənc və uşaq otaqlarında istifadə edə bilərsiniz.

Yaşıl

Sakit, hüzürlu yataq otağı arzusundasınızsa, yaşılın tonları axtardığınız rəng ola bilər. Yaşıl rəng sakitləşdirici mühit yaratmaq baxımından olduqca uğurlu rəngdir. Böyüklərin yataq otaqları üçün uyğun rəngdir.



Çəhrayı

Beynin yaradıcı hissəsini hərəkətə gətirdiyi düşünülən bənövşəyi rəng yataq otağında zadəganlığı təmsil edir. Gənc qızların yataq otağı üçün ideal bir seçim olan bənövşəyi tonları ayrıca hobbi otaqları üçün də uyğun bir rəngdir.

Sarı

Sarının bütün tonları diqqət çəkicidir. Sarı rəngli divarlar insanda xoşbəxtlik və əyləncə hissi yaradır. Əgər yataq otağınızda divarların çox diqqətçəkici olmasını istəmirsinizsə, çox açıq sarı və pastel sarısı rənglərindən yararlana bilərsiniz.

Rənglərin intim həyata təsiri

Mütəxəssislərin gəldiyi qənaətə görə, partnyorların intim həyatına həmçinin yataq dəstinin rəngi də təsir edir. Belə ki, ipək yataq dəsti intim aktivliyi artırır. Çit, neylon, poliesterdən hazırlanan yataq dəstləri partnyorları passivləşdirir.

Açıq yaşıl rəngli yataq dəsti insanı sakitləşdirir. Qəhvəyi rəng qocalma prosesini tezləşdirir. Buna görə də bu rəngdə mebelin yataq otagında olması məsləhət deyil.
Uşaq istəyən qadınlar yataq otagında açıq göy rəngli pərdə asmalıdırlar.
Qırmızı rəng həvəsdən düşmüş məşuqa güc verir.
Bənövşəyi isə cütülüyün ehtirasını daha da alovlandırır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR