Həyatda səhv etməmək üçün nəyi bilmək vacibdir?
Bizi izləyin

Tabloid.az

Həyatda səhv etməmək üçün nəyi bilmək vacibdir?

Təcrübəli astroloqun tövsiyələrinə riayət etsəniz, astroloji məsləhətdən xeyir götürə bilərsiniz.

Ümumi elmi durğunluğun əsas səbəbi ondadır ki, heç kim şüurlu varlıqları idarə edən qəti və konkret qanunlar formalaşdırmayıb. Astronomlar, öz fikirlərinə görə "fövqəltəbii mənasız şeyləri" öyrənməkdən boyun qaçırırdılar. Lakin Britaniya alimləri gözlənilmədən sübut etdilər ki, bir çox qəribə varlıqlarda təbiətin sehrli gücü var. 1964-cü ildə fotoqrafiya emulsiyasının məhv edilməsi ilə Britaniya astronomları çıxılmaz vəziyyətə düşdülər. Jelatinli məfhum naməlum səbəblərdən deşik-deşik olmuşdu. Bu xırda deşiklər fotoplastinkalarda olan astronomik obyektlərin şəkillərini tamamilə məhv etdi. Alimlər hərtərəfli axtarışlar apardılar və bakteriyanın yeni, naməlum növünü aşkar etdilər. Bu bakteriya fotoplastinkanın jelatini ilə qidalanırdı. Bakteriyalar plastinkaların yuyulması üçün lazım olan təmiz yağış suyunda saxlanırdı. Öz yumşaqlığına görə bu su çox yaxşı idi. Bu su ətrafdakı observatoriyanın yaxınlığındakı binaların damından süzülüb gəlirdi. Tezliklə, aydın oldu ki, bu bakteriyalar müəyyən zaman kəsiyində üzə çıxırlar - Veneranın aşağıdan birləşməsindən dərhal sonra. Lakin bu birləşmə Günəşdə maqnit burulğanı ilə müşayiət olunmalı idi.

Günəş küləyini Yer tərəfə əsdirdiyi Veneranın planetar "quyruğu" bu qəribə bakteriyaların bizim atmosferimizdə inkişafına impuls yaradırdı və sonradan yerdə növbəti yağışlarla müşahidə olunurdu. Astronomlardan biri deyib: "Əgər deyilənlər hamısı həqiqidirsə, onda hər dəfə yağış yağanda biz fəlakətə düçar olmalıydıq". Hərtərəfli yoxlamalar göstərdi ki, Günəşdə maqnit burulğanı ilə müşayiət olunan Veneranın aşağıda birləşməsi həmişə fotoplastinkanın məhv olması ilə bir vaxta düşür.

Radiaktiv nəzəriyyə astroloji təsiri izah edə bilmir

Əgər siz astrologiyaya elmi tərəfdən yanaşmaq istəsəniz, onda maraqlı problemlə üzləşəcəksiniz. Görəcəksiniz ki, elmi yanaşma heç də həmişə özünü doğrultmur. Məsələn, müzakirə olunmaz faktlar göstərir ki, Kosmos insana təsir edir. Lakin elm bunu qəbul etmir. Çünki bu, "fundamental qanunlara" ziddir. Elm israr edir ki, astrologiya yalan elmdir və işləmir. Lakin bizim planetlər arası boşluqlar haqqında biliklərimiz artdıqda, görürük ki, planetlərin insan həyatına təsiri böyükdür.

Günəş tərəfindən yaradılan güclü sahə, Günəş sistemi planetlərinə təsir edir və Günəş şüalanmasındakı dəyişikliklər Yerdəki bütün həyatı dəyişdirir. Tarix boyu alimlər, elm tərəfindən qəbul edilə bilməyən astroloji fikirləri inkar edirdilər. Hətta tənqid də edirdilər. Məsələn, radiaktiv nəzəriyyə astroloji təsiri izah edə bilmir. Digər tərəfdən rentgen, qamma və digər şüaların mövcudluğu uzun müddət məlum deyildi. Radiodalğaların və ultrabənövşəyi şüaların kəşfindən əvvəl, insanlar heç xəyalına da gətirə bilməzdilər ki, "qeyri-təbii" şey olan radioötürücü nədir.

Bəzi astroloji işarələr, heç bir şübhə olmadan, bir-biri ilə çox yaxşı uyğun gəlir. İnsanların eyni təbiətə malik olması, onların həyata olan münasibətlərinin və əsas motivlərinin oxşarlığından, eləcə də işarələrinin bir-birini başa düşməsindən asılıdır. Bununla belə bir-birinə zidd olan işarələrin ortaq məxrəcə gəlməsi təsadüfi haldır. Belə işarələrin dünyagörüşündə və hərəkətlərində fərq ondadır ki, onlar hansı işarə ilə və necə yola getdiklərini çox yaxşı bilirlər. Belə işarələrdən birinin xasiyyəti digərini tamamlayır. Bizə zidd olan insanlarla ünsiyyətdə olmaq, özümüzü dərk etməyə və əvvəllər istifadə etmədiyimiz potensial qabiliyyətimizi üzə çıxara bilərik.

Bir-birinə düz bucaq altında olan işarələr arasında olan münasibətlər adətən utancaq olur. İşarəsi bizim işarəmizlə 90 dərəcəlik bucaq altında olan insanlarla münasibətlərimiz məyusluq, bir-birini başa düşməmək və qiymətləndirməmək kimi meyarlarla xarakterizə olunur. Bu vaxt disharmoniya yaranır və insan tamamilə zidd hərəkətlərə yol verir. Bu iki şəxs arasındakı qarşılıqlı münasibətlərdəki sirləri tapmaq və düzgün qiymətləndirmək üçün astroloji xəritələrə müraciət etmək lazımdır...

Astrologiyanı bilən az səhv edir

Müasir həyatda insanın fərdi qoroskopunu tərtib edən çoxlu kompüter proqramları mövcuddur. Bəs insan həyatını proqnozlaşdırmağın bu metodu ilə astroloqun məsləhəti arasında nə kimi fərqlər var? Təcrübəli astroloq kompüterdən fərqli olaraq, informasiyaları sintez edə bilər. Kompüterin etdiyi analiz çox sadə, standart astroloji biliklərə əsaslanır. İnsanlar müxtəlif səbəblərdən astroloqlarla məsləhətləşirlər və əgər siz də astroloqa müraciət etmək istəyirsinizsə, aşağıdakı məsləhətlərə qulaq asın.

Təcrübəli astroloqla görüşməzdən əvvəl, mövzu və məsləhətin məqsədi haqqında düşünün ki, onun məsləhətindən maksimum fayda götürərsiniz. Görüşdən əvvəl, astroloq yəqin ki, sizi narahat edən problemlər haqqında maraqlanacaq. Əvvəlcədən astroloqa özünüz və həyatınız haqqında ilkin məlumatlar vermək lazımdır. Astroloji məsləhət tapmaca tapmaq deyil. Sərf etdiyiniz vaxtın məhsuldar olması üçün astroloq, görüşə qədər, sizin haqqınızda ilkin məlumatlara malik olmalıdır.

Astroloq sizə suallar verəcək və siz cavab verəcəksiniz. Özünüzü sərbəst hiss edin və həyatınız haqqında açıq danışın. Yadda saxlayın ki, astroloji məsləhət məxfi xarakter daşıyır. Azərbaycan kimi məmləkətdə şəxsi həyat haqqında danışmaqdan utananlar və ya çəkinənlər çoxdur. Bu, normal haldır. Təcrübəli astroloq üçün kifayətdir ki, siz ona diqqətlə qulaq asasınız və istədiyiniz anda cavab verəsiniz. Əgər tövsiyələrimizə riayət etsəniz, astroloji məsləhətdən aşağıdakı xeyri götürə bilərsiniz:

1. Siz öz müsbət və mənfi cəhədlərinizi qiymətləndirə və özünüzü daha yaxından dərk edə bilərsiniz.

2. Özünüzün, bir fərd kimi, nadirliyini dərk edərsiniz.

3. Əvvəllər özünüzdə şübhələndiyiniz hər hansı bir keyfiyyətlərinizi, qəti olaraq, təsdiqləyəcəksiniz.

4. Öz imkanlarınızı və gələcək həyat yolunuzu aydın dərk edərsiniz.

5. Əşyaların dövri xarakterini dərk edərsiniz.

7. Bir işə başlamaq üçün əlverişli məqamı tuta bilərsiniz.

8. Həyatınızda baş verə biləcək əksər problemlərdən qabaqcadan xəbərdar olarsınız.

Ulduzlar dövlət qulluğunda

Astroloqların bir çox dövlətlərin daxili və xarici siyasətində əhəmiyyətli rol oynaması barədə kifayət qədər yazılı mənbələr var. Bu haqda zamanı gəldikcə ətraflı bəhs edəcəyik. Amma deyilənlər barədə ən qədim məlumatlar Çindən gəlir. Miladdan əvvəl 2137-ci ilin 22 oktyabrında bir salnaməçi yazıb: "İçkiyə qurşanan Xi və Xo öz vəzifə borclarını unudaraq, tutduqları vəzifəyə yaraşmayan hərəkətlərə yol vermişdilər. Onlar ilk dəfə olaraq göy cisimləri yollarının illik hesabatını aparmamışdılar. Bunun da nəticəsində payızın son ayının ilk günlərində qəflətən Günəşlə Ay Fanq (Əqrəb) bürcündə görüşdülər..." Yazının sonrakı fəsillərindən məlum olur ki, Xi və Xo gün tutulmasını əvvəlcədən xəbər vermədiklərinə görə başları kəsilib.

Qədim Assuriyadan (Babilistan) bizə gəlib çatan gil lövhəciklər təqribən VII əsrin ortalarına aiddir. Bu lövhəcikdə münəccim Nadin yazırdı: "Ayın 14-ü Aytutulması baş verəcək və Elama, Amura bədbəxtlik üz verəcək. Lakin bu, mənim şahıma və ağama da heç bir xeyir gətirməyəcək..."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm