Əməkdar artistin ailəsində toy - FOTO
Bizi izləyin

Tabloid.az

Əməkdar artistin ailəsində toy - FOTO

Ötən gün sənət aləmində daha bir gənc subaylığın daşını atıb, dost tanışlarını ətrafına toplayaraq özünə toy çaldırıb.

Ötən gün sənət aləmində daha bir gənc subaylığın daşını atıb, dost tanışlarını ətrafına toplayaraq özünə toy çaldırıb.

Məşhur skripka ustası, əməkdar artist Səlim Abbasovun qardaşı Anar ailə həyatı qurub. Anar sevib, seçdiyi Günel adlı gənc xanım ilə ömür yollarını birləşdirib.
Toy mərasimində sənət aləminin bir çox simaları iştirak ediblər. Onların sırasında "Natiq" ritm qrupu, Babək Neftəliyev, Elnur Məmmədov və digərləri olub.

Maraqlı anlarla dolu olan el şənliyinin açılışını məhz elə "Natiq" ritm qrupu edib. Nağara ustadları toy başlamamışdan öncə bəyi tək qoymayaraq evinin həyətində də çalıb, oynayıblar.

Maraqlı məqamlardan biri isə musiqiçi olan bəyin də öz toyunda da sintizator arxasına əyləşib ifa etməsi olub.















Anspress.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm