Limonla dəriyə qulluq qaydaları
Bizi izləyin

Tabloid.az

Limonla dəriyə qulluq qaydaları

Dəri problemlərinin aradan qaldırılmasında limonun sağlamlaşdırıcı gücündən istifadə edin

Dəri üçün limonlu pilinq

Limonun tərkibindəki maddələr dəri üçün çox faydalıdır. Müxtəlif dəri problemləri üçün limonun möcüzəvi və sağlamlaşdırıcı gücünü siz də kəşf edin.

Dirsək, diz və dabanlardakı qalınlaşmış dəridən xilas olmaq istəyirsinizsə, bu tövsiyələrə əməl edin:

Dərini yumşaldan maska:

1 xörək qaşığı limon suyu ilə 2 xörək qaşığı balı qarışdırıb qızdırın, daha sonra bir qədər soyumasını gözləyin. Hazır qarışımı quruyan və çatlayan yerlərə çəkin. 20 dəqiqə gözlədikdən sonra su ilə yuyun. Sonra həmin nahiyələrə limon qabığı sürtün.

Limonlu səhər vannası:

Limon dərini canlandırır və təravətləndirir. 6 ədəd limonu qabığı ilə birlikdə halqa-halqa dilimləyin. Dərin bir qaba soyuq su doldurub limonları içinə tökün. Limonların qabıqları yumşalana qədər (təxminən 2 saat) saxlayın. Daha sonra limonları əlinizlə əzin, onu suyu ilə birgə vannanın içinə boşaldın. Limonlu su vannasında 20 dəqiqə uzanın. Su ilıq olmalıdır. Limonlu vanna qan dövranını sürətləndirir, gözəl limon qoxusu isə günə dinamik və enerjili başlamağa kömək edəcək.

Limonlu üz maskaları:

Təqdim etdiyimiz limonlu maska reseptindən yağlı dəriyə sahib olanların istifadə etməsi tövsiyə edilir.

Az yağlı qatığa bir çay qaşığı limon suyu qatın. Təmiz dəriyə bu maskanı çəkib, 15 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə yuyun.

Hər növ dəri üçün maskanın resepti isə aşağıdakı kimidir:

Avokadonun yarısını püre halına salın, sonra ona 1 çay qaşığı limon suyu qatın, bir yumurtanın ağını kənarda yaxşıca çırpdıqdan sonra bu qarışıma əlavə edin. Dəriniz qurudursa, maskaya bir çay qaşığı badam yağı da əlavə edə bilərsiniz. Maskanı üzünüzə və boynunuza çəkin. 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm