• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qadınların möhtəşəm icadları - Fotolar

Qadınların möhtəşəm icadları - Fotolar

Elə bilirsiniz ki, dünyadakı bütün kəşflər təkcə kişilərə məxsusdur. Zərif cinsin nümayəndələri də öz kəşfləri ilə tarixə adlarını yazdıra biliblər. Tabloid.az qadınların imzasını daşıyan və dünəndən bu günə tarixdə unudulmaz izlər buraxan 10 icadı təqdim edir:

Jozefina Kokreyn: Qabyuyan maşın 1885-ci il

Tarihe adını yazdıran kadınlar

Amerikanın kübar cəmiyyətindən bir qadının çıxıb qab-qacaq terroruna son verəcəyi kimin ağlına gələrdi? Mexaniki olaraq çalışan ilk praktik qab-qacaq maşınını icad edən Jozefina Kokreyn, bu gün mətbəxdə işi olan hər kəsin xoşbəxtliklə xatırladığı bir ad olmalıdır. İlk qabyuyan maşını icad edən zəngin qadın olsa da, olduqca maraqlı tarixi var. Kokreyn qulluqçuların tez-tez çini qablarını qırmağından bezərək qabyuyan maşını hazırlayıb. Yüksək təzyiqli su ilə işləyən maşın üçün Kokreyn 1886-cı ildə patent alıb. Həmin dövrdə evlərə isti su gəlməsə də, Kokreyn icadını restoranlara və otellərə sata bilir.

Meri Felps Jekop: Modern büstqalterTarihe adını yazdıran kadınlar

Jekop hazırladığı modern büstqalter üçün 1914-cü ildə Amerikada patent alıb. O vaxta qədər hazırlanan büstqalterlərin içində çubuq və ya balina sümüyü olurdu ki, bu da qadınları narahat edirdi. Bu gün istifadə edilən büstqalterlərin ilk modelini Jekop hazırlayıb və rahatlığı ilə bütün qadınların rəğbətini qazanıb.

Qreys Hopper: İlk böyük ölçülü kompüter

Qreys Hopper II Dünya Müharibəsindən sonra Harvard Universitetində apardığı araşdırmalar nəticəsində ilk böyük ölçülü kompüter “IBM-Harvard Mark 1” icad edib. Onu “kompüterin anası” da adlandırırlar.

Sara Bleykli: “Spenks” alt paltarı

İcadı ilə dünyanın ən varlı qadınları siyahısına daxil olan Bleykli hazırda 500 milyon dollarlıq şirkət sahibidir. Müəllifi olduğu “Spenks” alt paltarı qadınları bir ölçü arıq göstərir.

Rut Ueykfild: Amerikan üsullu peçenye

Qonaqları üçün şokoladlı peçenye bişirmək istəyən Ueykfild şokoladın bitdiyini görüb “Nestle”nin hazır şokoladını istifadə edib. Lakin Rutun əlindəki şokolad parçaları qəflətən bütün xəmirin içinə dağılır. Beləliklə, gözəl bir qəza nəticəsində içərisində iri parçalanmış şokolad olan dadlı peçenyələr ortaya çıxır. Təxminən 100 ildir ki, bu peçenyelər bütün dünyada milyonlarla adamın mədəsinə bayram etdirir.Bu icad əvvəlkilərə qətiyyən bənzəmir.

Marion Donovan: Uşaq bezi

Tarihe adını yazdıran kadınlar

Körpələrin altını dəyişdirmək və bu çirkli bezləri min bir çətinliklə yumaq zamanında hər ananın kabusu idi. Marion Donovan, tək istifadəlik uşaq bezini icad etdiyində həm yeni bir sənaye doğuldu, həm də bütün dünyada analar rahat nəfəs aldı. Donovan 1961-ci ildə birdəfəlik uşaq bezləri “Pampers”i icad edib.

Enn Mur: Uşaq daşıyan

Qərbi Afrikada şəfqət bacısı işləyən Mur Afrikalı qadınların uşaqlarını daşıma formasından çox təsirlənir. Elə bunun sayəsində uzun müddətli səylərindən sonra kürəyə çanta kimi taxılan uşaq daşıyanı icad edir.

Lillian Moller Gilbret: Mikser

Tarihe adını yazdıran kadınlar

12 uşaq anası olan Lillian ixtisasca mühəndisdir. O qadınların həyatını asanlaşdıran mikser və soyuducunun içindəki rəfləri icad edib.

Melitta Bentz: Qəhvə filtri

Tarihe adını yazdıran kadınlar

Qəhvə düşkünü olan Melitta ilk dəfə olaraq qəhvə filtrini icad edir.

Patrisiya Bas: Lazerli katarakta əməliyyatı

Bas katarakta əməliyyatlarında yeni metoddan istifadə edib və 1988-ci ildə patent alan ilk afro-amerikan qadın həkim olub.

Doktor Mariya Telkes: Günəş enerjisi

Macarıstanda doğulmuş biofizik Telkes evlərdə günəş enerjisi ilə isitmə sisteminin ixtiraçısıdır. 1925-ci ildə Amerika vətəndaşlığı alan Telkes Vestinqhaus elektrik şirkətində mühəndis kimi işləyib.

Sara E. Qud: Qatlanan yataq

18 Kadınların icatları

Amerikada 1885-ci ildə patent üçün müraciət edən ilk afro-amerikan qadın Sara Qudun kəşfi qatlanan yataq olub.

Bet Nesmit Qraham: Ağardıcı 1951...

Qraham çap maşınında yazdığı yazılarda çoxlu səhvlər buraxdığı üçün kağızları cırıb atmaqdan bezib və evdə mikserlə bir qarışıq hazırlayıb. Uzun sınaqlardan sonra Qraham ağardıcının patentini 1958-ci ildə almağa nail olur. Bette Nesmit Qrahamın icadı olan və ölkəmizdə daha çox ağardıcı adı kimi tanınan bu səhv düzəldici ağ maye, ofis masamızın ilk çəkmələrində əhəmiyyətli yer tutmaqda davam edir.

Tabita Babbitt: Dönən mişar 1813-cü il

22 Kadınların icatları

1800-cü illərin əvvəlində ağac kəsmək üçün mişarın hər iki başından tutacaq adama ehtiyac var idi. Ancaq Tabita 1813-cü ildə icad etdiyi yuvarlaq mişarla artıq nəsə kəsəndə ikinci adama ehtiyac qalmır. Tabita Babbitt imzasını daşıyan bu icad indiki vaxtda daha çox qorxu filmlərində qatillərin istifadə etdiyi bir silah olaraq qarşımıza çıxsa da, zamanında mişar sənayesinin ən əhəmiyyətli vasitəsi kimi qəbul edilirdi.

Stefani L.Kvolek: Gülləkeçirməz jilet 1964

Tarihe adını yazdıran kadınlar

Stefani Kvolek güllə keçirməz jileti icad etdiyində bəlkə də bütün dünyanı maraqlandıracaq bir hadisəyə imza atdığını düşünməmişdi. 1963-cü ildə kavler adlı materialı taparaq güllə keçirməz jileti icad edir. O, heç vaxt ailə qurmayıb, bütün həyatını karyerasına həsr edib. Hörümçək torunun komponentlərini araşdıraraq meydana gətirdiyi 400 dərəcəyə qədər atəşə dayanıqlı bu vəsait, kəndir istehsalından pilot uniformalarına, güllə keçirməz təyyarə qanadlarına qədər fərqli yerlərdə istifadə edilir.

Meri Anderson: Maşın şüşəsi silən 1903-cü il

3 Kadınların icatları

Alabamalı Mary Anderson avtomobil sektorunun ən əhəmiyyətli kəşflərindən birinə imza atıb. Belə ki, onun sayəsində avtomobil sürmək daha etibarlı və güvənli olub. 1903-cü ilə qədər sürücülər yağış və qar yağanda hər küçənin başında dayanıb şüşələrini silmək məcburiyyətində idilər. Meri Anderson məhz bu il maşın şüşəsi silən icad edəndə “sürücülərin diqqətini dağıdır” bəhanəsi ilə 10 il patent ala bilməyib. Ancaq nəhayət hər kəs şüşə siləndən istifadə etmək məcburiyyətində qalıb. Həmin silginin elektrikli variantını da 1917-ci ildə yenə bir qadın ixtira edib.

Marta J. Costo: İşarət fişəngləri 1859-cü il

17 Kadınların icatları

Bəli bəlkə Titaniki qurtara bilmədi amma işarət fişəngləri bu günə qədər saysız insanın həyatının xilas olmasına səbəb oldu. Marta J.Costo imzasını daşıyan bu maraqlı və son dərəcə faydalı icad xüsusilə, əsgərlik üçün çox böyük əhəmiyyət daşıyır.

Anna Konnelli: Yanğın nərdivanları 1887-ci il

Ən faydalı kəşflərdən biridir. Texnologiyanın inkişafı ilə yüksələn binalar, ola biləcək bir yanğın riskinə qarşı müdafiəsiz qalmışdı. Ta ki, Anna Konnelli yetər deyənə qədər. Konnelli sayəsində saysız insanların həyatı xilas oldu. Və bütün dünyada binalar çox daha etibarlı hala gəldi.

Teora Stefens: Saç burma aləti
Saç burma əməliyyatı keçmiş dövrlərdən bəri istifadə edilsə də, saçı ilk dəfə buran alət 80-ci illərdə düzəldilib.

23 Kadınların icatları

Xəbər lenti

DAHA ÇOX XƏBƏR