Moda həftələrinin ən trend çantaları - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Moda həftələrinin ən trend çantaları - FOTOLAR

Bu gün dəb həftələri ərzində nümayiş olunan çantalardan hansılarının trend olacağından bəhs edəcəyəm. Yeni mövsüm bir-birindən gözəl çanta modelləri ilə doludur. Hansı çantaların dəbdə olacağını moda evlərinin hazırladığı modellərə baxaraq müzakirə etsək,

Bu gün dəb həftələri ərzində nümayiş olunan çantalardan hansılarının trend olacağından bəhs edəcəyəm. Yeni mövsüm bir-birindən gözəl çanta modelləri ilə doludur. Hansı çantaların dəbdə olacağını moda evlərinin hazırladığı modellərə baxaraq müzakirə etsək, daha yaxşı olar:

Qatlanan çantalar: Yumşaq dəridən hazırlanan çantalar həm çiyinə taxıla, həm də əldə klatç kimi tutula bilər. Onları gündəlikdə və gecə ziyafətlərində də istifadə etmək olar.

2014 İlkbahar-Yaz Çanta Trendleri - Katlanan Çantalar

Parça çantalar: Üstü yazılı parçadan tikilən çantalar dəri detalları ilə bəzədilir. Yay ayları üçün ən əlverişli çanta modelləridir.

2014 İlkbahar-Yaz Çanta Trendleri - Bez Çantalar

Metalik çantalar: Metalik çantalar bu yayın trendlərində nəzərdən qaçmır.

2014 İlkbahar-Yaz Çanta Trendleri - Metalik

Həsir çantalar: Yay mövsümü dedikdə ağla ilk olaraq həsir çantalar gəlir. Dizaynerlər bu yay kolleksiyalarında həsir çantalara geniş yer veriblər.

2014 İlkbahar-Yaz Çanta Trendleri - Hasır

Heyvan dərisi: İlan, timsah dərisindən hazırlanan çantalar bu mövsüm kolleksiyalarda yer alıb. Yay mövsümündə əsasən, əlvan və açıq rəngləri xanımların əllərini bəzəməkdə davam edir.

2014 İlkbahar-Yaz Çanta Trendleri - Hayvan Derisi Baskılar

Pul kisəsi formasında olan çantalar: Bu mövsüm həm pul qabına, həm də çanataya pul xərcləməyəksiniz. Çünki yeni mövsümün çantaları pul kisəsi qədər kiçikdir. Dünyanın tanınmış moda evlərinin "Roberto Cavalli", "Chanel", "Karen Walker", "Ralph Lauren" və "Valentino" nun yeni kolleksiyalarında mini çantalara rast gəldik.

2014 İlkbahar-Yaz Çanta Trendleri - Cüzdan

Qotazlı və saçaqlı çantalar: Bu mövsümdə qotazlı çantalara da rast gəlmə ehtimalımız böyükdür. Qotaz və saçaq detalları aksessuar kimi də istifadə edilir. Üstəlik, çantalara əlavə edildiyi zaman olduqca dəbdəbəli görünür. “Valentino”, “Celine”, “Gucci”, “Christian Dior” və “Kenzo” kimi moda evləri yeni kolleksiyalarında qotazlı çantalara da yer ayırıblar.

2014 İlkbahar-Yaz Çanta Trendleri - Püskül

Kürəyə taxılan çantalar : Kürəyə taxılan çantalar bir neçə mövsümdür ki, məşhurdur. Qadınların qəlbində elə bir taxt qurub ki, ordan enmək fikri yoxdur. Bu çantalar yaz mövsümündə də aktuallığını qoruyub saxlayacaq. Sadəcə yaz mövsümündə daha rəngli, şirin modellər üstünlük təşkil edəcək. Xüsusən də “Chanel”in rəngli parçadan tikdiyi çanta indidən axtarışdadır.

Torba çantalar: Bu çantalara torba da deyə bilərik. Çünki olduqca böyükdülər və alış-veriş üçün çox idealdır. Klassik torba çantalar bu mövsüm daha rəngli və daha həcmli olacaq. İlan dərisi, yaxud dəmir detalları əlavə edilmiş bu çanatalara “Christian Dior” və “ Valentino” kimi moda evlərinin yeni kolleksiyalarında rast gəldik.

2014 İlkbahar-Yaz Çanta Trendleri - Torba

Zəncirli çanta modelləri: Zəncirli çantalar artıq klassikləşmiş bir modeldir. Dizaynerlər hər dəfə müxtəlif formaları ilə bizi təəccübləndirirlər. Həm klassik, həm də modern modelləri sevən xanımlara çoxlu alternativlər təqdim olunur.

2014 İlkbahar - Yaz Çanta Trendleri - Zincir Askılı Çantalar

Həkim çantaları: Keçən ilin dəbi olan həkim çantaları bu mövsüm də trend olmağa davam edir. Ancaq fərqli formada təqdim olunub. Geometrik, ilan və timsah dərilərinin istifadə edildiyi həkim çanataları retro stilini davam etdirəcək.

Çömçə çantalar: Rahat olduqları üçün qış mövsümünün sevimlisi olan ağzı büzməli çantalar bahar aylarında da xanımları bəzəyən modellərdən biridir.

2014 İlkbahar-Yaz Çanta Trendleri - Kepçe Çantalar

Qrafik təsvirli çantalar: Qadın üzləri, mənzərə rəsmləri, ya da rəngli təsvirlər... Bu yaz ən çox diqqət çəkən modellərdən biri də qrafik təsvirli çantalardır. Qrafik təsvirlər həm parça, həm də dəri çantalarda qarşımıza çıxacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm