Dünyanın ən seksual qadını kimin üçün soyundu? - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Dünyanın ən seksual qadını kimin üçün soyundu? - FOTOLAR

Cazibədarlığını nümayiş etdirən geyimlərə üstünlük verən Yohanson qadınlığın simvolu olan qırmızı və "Əqrəb" qadınının sirli ruhunu əks etdirən qara rəngləri daha çox sevir

"Stil ikonası" deyəndə ağıla ilk gələn məşhurlardan biri də Skarlet Yohansondur. Seksuallığı və gözəlliyi ilə gündəmdə qalmağı bacaran aktrisanın geyim tərzi də daim diqqət mərkəzindədir. Həddindən ziyadə seksual görünməkdən narahat olduğunu dilə gətirən Skartletin geyim tərzi onun bədənini çox yaxşı tanıdığını göstərir. Bu gün “Onların stili” layihəsində Skarlet Yohansonu qonaq edəcəyik.

Skarlet Yohansonun saçları

Skarlet Yohanson stili deyəndə ilk öncə gözəl aktrisanın saçları yada düşür. Saç rəngini və kəsimini tez-tez dəyişməyi sevən aktrisanı bu illər ərzində demək olar ki, bütün saç rənglərində və stillərində görmüşük. Skarletə bütün saç rəngləri yaraşır, desək yanılmarıq. Elə söhbət saçlardan düşmüşkən, gəlin aktrisanın müxtəlif illərdəki saç rəngi seçimlərinə nəzər yetirək.

Skarlet Yohanson 2005-ci ildə platin sarısı saçları ilə kişilərin ağlını başından alırdı. Bu rəng onsuz da hər qadını seksual göstərir, məşhur ulduzun cazibədarlığı ilə birləşəndə isə əlbəttə, nəticə möhtəşəm oldu. Həmin vaxtlar aktrisa saçlarını daha çox retro toppuz formasında yığırdı.

2006-cı ildə aktrisanı şokolad rəngli saçlarla gördük. Bu isti qəhvə rəngli saçlar Skarletə həqiqətən çox yaraşıb.

Deyəsən, aktrisa saçlarını o qədər də bəyənməyib. Çünki 2006-cı ilin oktyabrında yenidən saçlarını sarı rəngə boyayıb. Amma bu çiyələk sarısı Skarletə çox da yaraşmayıb. Ulduzun dərisinə yaraşmayan bu rəng ona xəstə insanlara xas görkəm verirdi.

Deyəsən, ulduz özü də bunu fərq edib. Bəlkə də stilisti kömək edib deyə bilmərik. Fakt odur ki, Yohanson 2007-ci ildə sarının o qəribə tonundan qurtulub. Sarışın qadınların sarısına qovuşub. Skarletə ən çox yaraşan rəng budur desək, yanılmarıq. Onu da qeyd edək ki, daha çox düz saç xoşlayan aktrisaya bu dalğalı saç modeli çox yaraşıb. Fikrimizcə, saçlarını daim bu rəngə boyasa və belə dalğalı saxlasa, pis olmazdı. Amma Skarlet yeknəsəkliyi sevmir.

Elə ona görə də 2009-cu ildə aktrisanı şabalıdı rəng saçlarla görürük. Gözələ nə yaraşmaz ki?! Bu rəng də Skartletə yaraşıb, xüsusilə də ulduzun gözlərinin gözəlliyini daha da ortaya çıxarıb. Amma gözlərimiz yenə də əvvəlki sarı tonu axtarır.

2010-cu ildə saçlarını yenidən sarı rəngə boyadan aktrisaya bu rəng də yaraşıb. Amma əvvəlki seksuallığından biraz uzaqlaşdırıb. Bu rəng saç onu məsum, şirin və gözəl göstərirdi.

2011-ci ildə “Iron Man 2” filmi üçün saçlarını qırmızıya boyadan Skarlet bir daha hər rəngin qadını olduğunu sübut edir.

Aktrisa 2012-ci ilin mayında “Iron Man 2”-nin çəkilişləri bitən kimi təkrar sarışın olmağa qərar verib.

Hazırda hamilə olan Skarletin saç rəngi:

jumbom_dijital_yaşam_dergisi_hollywood_ünlüleri_hamile_09

Bunu qeyd etmədən keçə bilməyəcəyəm. Yəqin ki, xatırlayanlar olar, “Vogue” jurnalının üz qabığında yer alan Skarletin qısa sarı saçları o qədər bəyənilmişdi ki, 2011 yaz-yay mövsümünün saç trendinə çevrilmişdi. “Bed Hair” adlanan saç modeli uzun müddət qadınların sevimli saç düzümü arasında yer aldı.

Əqrəb qadını Skarlet və seksuallıq

Bildiyimiz kimi, zodiakın ən seksual bürcü Əqrəbdir. Elə Skarlet Yohanson da bürcünün qadını olduğunu atdığı hər addımda sübut edir. Cazibədarlığını nümayiş etdirən geyimlərə üstünlük verən Yohanson qadınlığın simvolu olan qırmızı və Əqrəb qadınının sirli ruhunu əks etdirən qara rəngləri daha çox sevir.

Scarlett Johansson Sokak Stili

Scarlett Johansson Sokak Stili

Daha çox sinə və ayaq dekoltəli geyimlər seçən aktrisanın bədənini yaxşı tanıdığını öncədən qeyd etmişdik. Həqiqətən də Skarletin sinəsi və ayaqları çox cazibədardır və bunu bilən aktrisa onları ön plana çıxararaq diqqət mərkəzində olmağı bacarır.

Scarlett Johansson Sokak Stili

Onu dəvətlərdə daha çox “Marc Jacobs”, “Chanel”, “Alberta Ferretti”“Gucci” geyimlərində görmək olar. Ən sevdiyi çanta brendi isə “Bottega Venetta”dır.

Günlük həyatında isə o, cırıq cins şalvar, babet ayaqqabı və bol kəsimli sviterlə rahatlığa üstünlük verdiyini nümayiş etdirir. Amma nə yalan danışaq, Skarlet hətta bu dəbdəbədən uzaq geyimlərdə belə olduqca cazibədar görünür.

Scarlett Johansson Sokak Stili

Aksessuar seçimi

Aksessuarlardan istifadə etməyi o qədər də sevməyən seksual aktrisa daha çox sadə və kiçik sırğalar, incə qolbaqlar və saatlardan istifadə edir.

Makiyajda sadəlik

İndi isə keçək seksual aktrisanın makiyaj stilinə. Makiyajda da sadəliyə üstünlük verən Skarlet daha çox gözlərini və dodaqlarını vurğulayır. Mükəmməl dolğun dodaqlara və inanılmaz dərəcədə gözəl, mənalı və eyni zamanda, seksual baxışlı gözlərə sahib Skarleti bu gözəllikləri vurğulamaqda haqlı hesab edirik. Günlük həyatda bej rəng dodaq boyalarına üstünlük verən Yohansonu dəvətlərdə qırmızı rəng dodaq boyasında görmək olar.

Brendlərin qapısında növbəyə düzüldüyü “Dəb ikonası”

Skarlet nə geyinsə, trendə çevrilir, atdığı hər addım xəbər olur, fanatları onu izləyirlər, özlərini ona oxşatmağa çalışırlar. Kişilər ona heyran olurlar, qadınlar onun stilindən ilham almağa çalışırlar. Əlbəttə, bu dəb ikonası brendlərin də nəzərindən qaçmır. Dünyaca məşhur markalar onu reklam üzü edə bilmək üçün qapısında növbəyə düzülürlər.

Bu brendlərdən biri də “Mango”dur. 2009-2010 payız-qış mövsümünün yeni reklam üzü olaraq Skarleti seçən marka uğurlu reklam kampaniyası aparmağı bacardı. “Mango” üçün bir-birindən cazibədar pozalar verən aktrisa brendi layiqincə təmsil etdi.

Əvvəlcədən də qeyd etdiyimiz kimi aktrisa daha çox saçları ilə diqqət çəkir və saç trendlərini müəyyənləşdirir. Deyəsən bunu “Loreal” firması da anlayıb. Aktrisa ilə 4 milyon dollarlıq müqavilə imzalayan “Loreal” saç rənglərini 50 milyondan çox satmağı hədəfləyirdi. Skarlet reklam kampaniyası çərçivəsində bir-birindən fərqli saç rənglərində roliklərə çəkilmişdi.

Dünyanın ən məşhur brendləri Skarletdəki ulduz işığına o qədər inanırlar ki, onu reklam üzü etmək üçün aralarında qızğın mübarizə gedir.

Bu mübarizənin qaliblərindən biri “Dolce&Gabbana” olur. Brendin aktrisaya nə qədər pul təklif etdiyi bilinmir, amma məlum həqiqətdir ki, Skarlet ilk dəfə bir brend üçün soyunur. Reklam kampaniyası üçün yarı çılpaq fotosessiyaya çəkilən aktrisa bir daha bütün diqqətləri üzərinə çəkir.

Skarlet “Louis Vuitton”“Calvin Klein”in də reklam üzü olub.

Gördüyünüz kimi, brendlər aktrisanı bölüşə bilmirlər, bir firma ilə müqaviləsi yekunlaşan kimi başqa brend onun qapısını döyür.

Bəlkə də bunda Skarletin qeyri-adi cazibədarlığı da rol oynayır. Təsadüfi deyil ki, “Esquire” jurnalı aktrisanı 2 dəfə “yaşayan ən seksual qadın” seçib.

İlk dəfə 2006-cı ildə və 7 il sonra – 2013-cü ildə ən seksual qadın seçilən Skarlet “Esquire” tərəfindən iki dəfə bu titula layiq bilinən ilk qadın olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm