Baxımlı saçların sirri
Bizi izləyin

Tabloid.az

Baxımlı saçların sirri

Daha canlı və parlaq saçlara sahib olmağın yolları

Qadınların ən gözəl aksessuarı saçlarıdır. Ona görə də saçların baxımlı olması çox vacibdir. Saçı baxımsız göstərən başlıca problemlərdən biri saç qırıqlarıdır. Ancaq onlardan xilas olmaq elə də çətin deyil. Aşağıda təqdim etdiyimiz saç maskalarını istifadə edtməklə qırıqlardan xilas ola və daha parlaq, canlı saçlara sahib ola bilərsiniz.

Maska 1

Bərabər miqdarda zeytunyağını, balı və darçını qarışdırıb saç diblərinə sürtün. 15 dəqiqə saxladıqdan sonra saçlarınızı yuyun. Bu maskanı həftədə iki dəfə istifadə etsəniz, saçlarınız daha parlaq olacaq və daha az qırılacaq.

Maska 2

Bərabər miqdarda hind yağını, xardal yağını və zeytunyağını qarışdırıb bir az qızdırmaq lazımdır. Daha sonra maskanı saç diblərinə masaj edərək yedirməlisiniz. 2 saat gözlədikdən sonra saçları yumaq olar.

Maska 3

Gecə yatmazdan əvvəl saç uclarına zeytunyağı çəkin. Səhər saçınızı şampunla yuyun, saçınızdakı qırıqların qısa müddətdə azalacağını görəcəksiniz. Bu maskadan həftədə 3 dəfə istifadə etməyiniz məsləhətdir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm