Ayaq və daban çatlarının təbii müalicə üsulu
Bizi izləyin

Tabloid.az

Ayaq və daban çatlarının təbii müalicə üsulu

Ayaq və daban çatlarının təbii müalicə üsulu

Gözəl ayaqlar hamının qısqanclığına və heyranlığına səbəb olsa da, ayaqlarımıza laqeyd yanaşırıq. Bu ona gətirib çıxarır ki, daban codlaşır, qabığı soyulur və çatlar əmələ gəlir. Bədənin hava ilə təmas edən hissələrində, əsasən, ayaqlarda çatlaqlara daha çox rast gəlinir. Yaz və yay aylarında ətək geyinmək istəyən qadınlar bu problemlə qarşılaşırlar.

Səbəbləri:

Ayaqlarada əmələ gələn çatlar kökəlib-arıqlayan zaman, yeniyetməlik çağında sürətli inkişaf kimi səbəblərdən dolayı meydana gəlir. Ayaqların və dabanların çatlamasının əsas səbəbi dərinin quruyub, anidən sallanmasıdır. Bu çatlar isə dəridə yırtılma olaraq özünü göstərir. İlk çatlar meydana gəldiyi zaman dəri çəhrayı rəng alır. Müalicə edilməzsə, çatlaqlar sürətlə yayılır, bənövşəyi rəng alır. Bu zaman isə onların müalicəsi getdikcə çətinləşir. Ayaqlardakı çatlar təkcə rənginə görə deyil, dərinliyinə görə də dəyişir. Ayaq çatlarına ən çox hamiləlik dövründə təsadüf edilir. Artıq çəki, bəzi xəstəliklər dəriyə zərər verir.

Kimlərdə rast gəlinir?

Ayaqlardakı çatlaqlar çəkiyə və yaşa baxmır. Hər çəkidə və yaş qrupunda çatlaqlara rast gəlinə bilər. Ayaq çatlaqlarının ən önəmli səbəblərindən biri də dərinin aşırı dərəcədə quru olmasıdır. Adrenalin hormonunun həddindən çox ifraz olunması dəriyə mənfi təsir göstərir və çatlar əmələ gəlir. Ayaq çatlarına yarandığı anda müdaxilə daha az risklidir. Çünki çəhrayı rənglə başlayan çatların yayılmasının, hətta azalmasını təmin edə bilərsiniz. Ancaq tamamilə ağ rəng almış çatlaqları yox etmək zaman və səbir tələb edir. Nə qədər erkən müalicə edilərsə, bir o qədər effektli olar.

Müalicəsi:

Çatlaqları aradan qaldırmağın ən təsirli yolu mikro-pilinq adlanan bir üsuldur. Bu üsulla dəri soyulur, çat olan hissə təmizlənir və dəri özü-özünü yeniləyir.

Çatlarla mübarizə aparmaq üçün nələr etməli?

Mübarizəyə siqaretdən uzaq durmaqla başlaya bilərsiniz;

Zülal tərkibli qidalar istehlak etməyə başlayın;

Çoxlu su için;

Həftədə bir dəfə yosun maskası istifadə edin;

Ev şəraitində, hamamda həftədə bir dəfə pilinq edin;

Unutmayın ki, tez-tez arıqlayıb-kökəlmək dəri elastikliyinin itməsinə səbəb olur;

Ayaqları Günəşdən qoruyun;

A, C və E vitaminləri qəbul edin;

Mütəmadi olaraq ayaqları təbii bitki yağları ilə masaj edin;

Hər gün ən az 30 dəqiqə idmanla məşğul olun;

Ayaqlara buğda və ya küncüt yağı çəkin.

Daban çatlarını aradan qaldırmağın yolları:

a) Təmizliyi qorumaq üçün ayaqları hər gün axşam isti su və sabunla yumaq lazımdır. Bu prosedurdan sonra ayaqları soyuq su ilə yaxalayın və dəsmalla barmaqlardan baldırlara doğru, xüsusilə barmaq aralarını tam qurulayın, bu, qan dövranını yaxşılaşdırır. Su vannaları ayaqdakı yorğunluğu və ağırlıq hissini aradan qaldırır.

b) Bu prosedur möhkəmləndirici və stimullaşdırıcı effekt verir, qan dövranını yaxşılaşdırır, əzələ tonusunu qaldırır və dabanlara qan axınını sürətləndirir. Proseduru həyata keçirmək üçün iki ləyən götürün, birini isti (45 dərəcə), digərini soyuq (20 dərəcə) su ilə doldurun. Stula oturaraq əvvəlcə ayaqlarınızı 1-2 dəqiqə isti suya, sonra 20-30 saniyə soyuq suya salın. Proseduru 8-10 dəfə təkrarlayın və soyuq vanna ilə tamamlayın. Təmiz ayaqlarınızı buz parçalan ilə silin.

c) Suya əlavə olunan sabun-köpüklü məhlul, duru sabunlu vannalar da çox faydalıdır. Belə vannanın hazırlanmasında bir prinsipə riayət etmək lazımdır – minimum su, maksimum köpük. Bundan ötrü ləyənə 5-10 sm hündürlüyündə isti su (45 dərəcəyə qədər), xırdalanmış sabun və ya xüsusi şampun əlavə edin. 10-15 dəqiqə ayaqlarınızı vannada saxlayın, ilıq su ilə yaxalayıb qurulayın.

d) Yod və ya mineral duzlar (dəniz və ya xörək duzu) əlavə olunmuş vannalar da yaxşı kömək edir. Qan dövranının yaxşılaşması üçün bitki yağı və dərman otlarından hazırlanmış cövhər əlavə olunan vannalar xeyirlidir. Ayaq vannaları üçün çobanyastığı, gicitkən, cökə çiçəyi cövhərləri yaxşə təsir göstərir. Bu cövhərlərdən ləyənə yarım stəkan tökmək lazımdır. Ayaqlar tərləyirsə, barmaqarası dərini də yumaq məsləhətdir.

e) Vannalardan sonra kobudlaşmış dərinin təmizlənməsi pemza və ya xüsusi pedikür firçası ilə həyata keçirilməlidir. Həftədə bir dəfə dabanları xüsusi skrabla təmizləmək olar. Onu pedikür fırçasının üstünə çəkərək 2-3 dəqiqə ərzində dabanlara sürtürlər, sonra ayaqları yaxalayaraq proseduru yenidən təkrarlayırlar. Əgər dabanlarda qabarlar varsa, pemzadan istifadədən sonra qabarlara xüsusi dərman vasitəsi vurulmalıdır. Təzə qabarı aradan qaldırmaq üçün 8 gün dalbadal həmin nahiyəyə sirkə vurulmuş çörək içi, köhnə qabarlara isə aloye yarpağı və ya 3 gün ərzində limon dilimi qoyulur.

f) Dərinin təmizlənməsindən sonra ayaqlarınızı silin və barmaqlardan yuxarıya doğru başlayaraq yağlı krem çəkin. Su vannalarını masajla tamamlamaq lazımdır. Bundan ötrü iki fırça götürün və dairəvi hərəkətlə dəriniz qızaranadək masaj edin. Sonra ayaqlarınıza krem və ya bitki yağı sürtün.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm