Yayın ən gözəl hörükləri - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Yayın ən gözəl hörükləri - FOTOLAR

Hörüklü saçlar dəbi atrıq iki ildir ki, yerini heç bir saç düzümünə vermək istəmir. Hörüklü saçların qızıl dövrünü yaşadığını iddia edə bilərik. Dünyanın ən məşhur dəb ustaları dəfilələrdə hörüklü saçlara daha çox yer verərək onun dəbə minməsinə nail olub

Hörüklü saçlar dəbi atrıq iki ildir ki, yerini heç bir saç düzümünə vermək istəmir. Hörüklü saçların qızıl dövrünü yaşadığını iddia edə bilərik. Dünyanın ən məşhur dəb ustaları dəfilələrdə hörüklü saçlara daha çox yer verərək onun dəbə minməsinə nail olublar. Hörüklü saçlar ilk dəfə 2010-cu ildə Aleksander Vanqın dəfiləsində tətbiq olunmuşdu. Tabloid.az yay mövsümü üçün ən gözəl hörüklü saç modellərini təqdim edir:

Aleksander Vanqın 2010 yay kolleksiyasının dəfiləsindən bu yana hörüklü saçlar qadınları romantik və şıq göstərir.

Miu Miu moda evinin 2010 yay kolleksiyasında da hörüklü saçlar nəzərə çarpırdı.

Amanda Seyfrid qırmızı xalıda hörüklü saç modeli ilə görünüb.

Nikol Kidman 2011-ci ildə iştirak etdiyi bir dəvətdə qırmızı xalıda yandan toxunan hörüklü saçları ilə çox cazibədar görünürdü.

Rihanna saç stilini tez-tez dəyişən məşhurlardandır. 2011-ci ildə "Met Gala" gecəsində yığılan hörüklü saçı dəb tarixində unudulmaz iz qoyub. Bu saç modeli hələ də sevilərək müzakirə olunur.

Stil ikonu Poppi Delevin yandan hörüklü dağınıq saçı ilə diqqət çəkir.

Olivia Palermo yandan hörülmüş saç modeli ilə qırmızı xalıda diqqət çəkən isimlərdən biridir.

Şakiranın iri qulaqları ona saçı ilə oynamağa icazə verməsə də, hörüklü saçlar onu bənzərsiz göstərir.

Emma Stonenin hörüyü keçən ay keçirilən "Met Gala" gecəsində diqqətdən yayınmamışdı.

Bleyk Layveli moda dünyasının stil ikonalarından biridir. Hörüklü saçın ona xüsusi yaraşdığını qeyd etməyə ehtiyac yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm