Tabloid.az
Rəqsanə konyak içib soyundu - FOTO
Müğənni Rəqsanə İsmayılova mətbuat konfransı keçirərək yeni klipinə təqdimat edib.
Sözləri və musiqisi müğənninin özünə aid olan “Çəkmə məndən gözlərini” adlı mahnıya klipi türkiyəli rejissor Teoman Topçu çəkib. Klipin çəkilişləri Türkiyədə aparılıb. Ekran işində müğənni çimərlik geyimində olub. Belə ki, o, böyük hovuzda, lakin süd içərisində çimir. Onun dediyinə görə sudan qorxduğu üçün rejissor onu cəsarətləndirmək üçün spirtli içki içirib: “35 yaşıma qədər dilimə spirtli içki dəyməmişdi. Amma rejissor mənim sudan necə qorxduğumu gördü. Təklif etdi ki, bəlkə sənə bir qədəh konyak verək, cəsarətlənəsən, qorxmayasan?! Konyakı çətinliklə də olsa içdim. Əvvəlcə düşündüm ki, sərxoş olaram. Amma suya necə girdiyimi özüm də bilmədim, hər şey çox yaxşı alındı. Çəkilişimiz uğurlu oldu”.
Müğənni iyunun 30-da “Sevgililər günü”nə həsr etdiyi solo konsertindən də danışıb. Yaşıl Teatrda baş tutacaq konsertin xeyriyyə xarakterli olacağını deyin R.İsmayılova girişin pulsuz olduğunu əlavə edib. Özünün təşkilati dəstəyi ilə reallaşacaq konsertdə müğənni qızı Aysunun geyim kolleksiyasından libaslarla səhnəyə çıxacaq.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO