Əməkdar artistin halı qəfil pisləşdi: köməyə xilasedicilər gəldilər
Bizi izləyin

Tabloid.az

Əməkdar artistin halı qəfil pisləşdi: köməyə xilasedicilər gəldilər

Əməkdar artist Gülnar Salmanova bağlı qapılar arxasında qalıb. Onun köməyinə gələnlər şoka düşüb.

Əməkdar artist Gülnar Salmanova bağlı qapılar arxasında qalıb. Onun köməyinə gələnlər şoka düşüb.

Aktrisanı ağır vəziyyətdə aşkar ediblər.

Əməkdar artist Gülnar Salmanovanı tanımayan tapmaq çətin olar. Aparıcı, səhnə ustası, teatr tamaşalarında obrazların orjinallığı və yüksək ifası ilə sevilib yadda qalıb və daim gündəmdə olub.

Bu gün isə aktrisamız başqa bir hadisə ilə gündəmi zəbt etdi. Nərimanov rayonu, Arif Heydərov küçəsi, bina 21-də yaşayan sənətkarın qəfildən ürək ağrısı tutub və yerə yıxılıb. Bu zaman o, evdə tək olub. Hamamdan yataq otağına keçmək istəyən aktrisa, hadisə zamanı oğlu ilə telefonla danışırmış. Bir neçə saat mənzildə huşunu itirmiş vəziyyətdə qalıb. Hadisədən xəbər tutan oğlu dərhal qonşuluqda yaşayan aktrisa Kübra Əliyevaya ilə əlaqə saxlayıb və kömək etməsini xahiş edib. O, isə mənzilin qapısını aça bilmədiyindən FHN-nin xüsusi riskli xilasetmə xidmətini köməyə çağırıb. Mənzilin pəncərəsinin dəmir çərçivəsi kəsilərək içəri daxil ola biliblər. Qapını açmağa müvəffəq olublar. Dərhal təcili tibbi yardım briqadası tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Həm şəkər, həm də xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist sullarımızı cavablandırarkən kövrəldi.

Gülnar xanımın ilk köməyinə çatanlar, onun sənət yoldaşları olub. Övladı isə uzaq rayonlardan birində iş başında olduğundan gəlib çıxa bilməmişdi. Sənət yoldaşları buna baxmayaraq onu tək buraxmayıb.

Qonşulardan aldığımız məlumata görə, son günlər Gülnar Salmanova çölə çıxa bilmirmiş. Ona görə də ona elə qonşuları yardım edirmiş. Hər halda, ömrünü sənətə həsr etmiş bu xanımı tək buraxmayaq.

ANS

Oxumağa davam et
Reklam
Reklam

Gündəm