Bu qadınlar keçəl də çox cazibədardırlar - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bu qadınlar keçəl də çox cazibədardırlar - FOTOLAR

Keçəl olmağa razı olan cazibədar qadınlar - FOTOLAR

Məşhur qadınlar kameralar qarşısına hər zaman baxımlı və xoş saçları, bəzən isə qeyri-adi saç düzümləri ilə çıxır və göz oxşayırlar. Onlar arasında bəziləri var ki, nadir qadınların cəsarət etdiyi saç modellərinə yönəlir. Əminliklə deyə bilərəm ki, çox az qadın uzun və gözəl saçlarını dibindən kəsdirə bilər. Bəzi qadınlar rol tələb etdiyi, bəziləri isə depressiyada olduğu üçün saçını qurban verir. Buna baxmayaraq, onların gözəlliklərinə xələl gəlməyib.

Natali Portman “V For Vendetta” filmindəki rolu üçün saçlarını keçəl etdirmişdi. Bu halda gizlənmək yerinə mətbuat qarşısına çıxıb bol-bol pozalar vermişdi. O, keçəl daha çox gözəl görünür.

26 yaşlı ingiltərəli aktrisa Karen Gillan “Guardians of the Galaxy” filmindəki rolu üçün saçları ilə vidalaşmışdı.

Britni Spirs bir vaxtlar depressiyaya girdiyi üçün saçını keçəl etdirmişdi.

Keyt Blanşett 2012-ci ildə “Cənnət” filimdəki rolu üçün saçını keçəl etdirmək məcburiyyətində qalmışdı. Bu halı onun çox xoşuna gəlmişdi.

Tanınmış model Amber Rous saçını 19 yaşından bəri keçəl etdirir. Çıxan saçını isə sarıya boyadır. Bu tərzini heç vaxt dəyişməyib.

Şarlez Teron “Mad Max: Fury Road” adlı filmdəki rolu üçün keçəl olmaq məcburiyyətində qalmışdı. Bu hissi bütün qadınların yaşamalı olduğunu iddia edir.

Demi Mur 1997-ci ildə “GI Jane” adlı film üçün saçını qurban vermişdi. Buna baxmayaraq, yenə də seksual görünürdü. Lakin ondan bu tərəfə saç modelini heç vaxt dəyişmir.

Jessi J saçını canlı yayında kameralar önündə fəda etmişdi. Lakin o, saçını xeyriyyə məqsədilə kəsdirmişdi. Belə ki, ulduz bunun müqabilində əldə etdiyi pulu xeyriyyə cəmiyyətlərinə paylayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm