Dərini təravətləndirən yay maskaları
Bizi izləyin

Tabloid.az

Dərini təravətləndirən yay maskaları

Qara nöqtələrə yox deyək!

Dərini təravətləndirən yay maskalarından istifadə etməyin əsl mövsümüdür. Tabloid.az qadınların vaxtına qənaət etməsi üçün ən yaxşı yay maskalarını reseptlərinin təqdim edir:

Qara nöqtələrə yox deyək!

Bal maskası:
Bal dərini qidalandırır, təmizləyir və nəmləndirir. 2-3 xörək qaşığı balı üzdəki qara nöqtələrə çəkirik. Əgər dəriniz ləkəlidirsə, bala 1 çay qasığı süsən yağı əlavə edin. Bu maskanı üzdə 15 dəqiqə saxlamaq lazımdır. Üzü ilıq suya batırılmış pambıqla silin.

Limon suyu və qatıq maskası:
1 stəkan qatığa bir limonun suyunu qarışdırın. Bu məhlulu üzünüzə çəkin və 15 dəqiqə gözləyin. İlıq su ilə üzünüzü yuyun. Limon suyu dərini təmizləyib sızanaqları qurudacaq və qara nöqtələrdən xilas edəcək. Qatıq isə dərini qidalandırıb nəmləndirəcək.

Xiyar maskası:
Xiyarın qabığını soyub, blenderin orta gözündən keçirin. (xiyar çox sulu olmasın) Maskanı üzünüzə çəkib, 25 dəqiqə gözləyirik. Üzünüzü ilıq su ilə yuyun. Bu maska üzdəki qara nöqtələri təmizləyib dərinin rahat nəfəs almasına kömək edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm