Arıq göstərən geyimlər - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Arıq göstərən geyimlər - FOTOLAR

Arıq görünməyin yolları

İdeal görünmək üçün arıqlamağı gözləməyin. Yazını oxuduqdan sonra kiçik hiylələr ilə daha arıq görünməyin yollarını siz də öyrənəcəksiniz.

Qadınları daha arıq göstərəcək 6 geyim üslubunu təqdim edirk:

1. Tək rəngdən istifadə edin!

Gecə mavisi, qəhvəyi və ya qara rəngli geyimlər qadını daha arıq göstərir. Bu rənglərin müxtəlif çalarlarını kombinasiya etmək də eyni nəticəni verir. Bej, dəniz mavisi, mərcan ya da dəri rənginizə yaraşan başqa bir rəngdə naxışları olan geyimlər də yaxşı seçimdir.

2. Parçanı doğru seçin!

Sərt, ağır və bədənə yapışan parçalardan uzaq durum. Yumşaq və bədəndən sürüşən parçalar qadını daha arıq göstərir.

3. Bədəninizə uyğun geyinin!

Kürəyiniz genişdirsə, çiyinli geyimlərdən uzaq durun. Qayıq yaxa paltarlar almayın. Üçbucaq yaxalı donlara üstünlük verin, sviterlərlə ətək və ya bol kəsimli şalvarları kombin edin. Əgər bədən quruluşunuz armud formasındadırsa, yəni sinəniz kiçik, ombalarınız böyükdürsə, boynunuzu qalın göstərməyən, sizi daha hündürboylu göstərən paltarlar axtarın. Düz ətək və çox dar olmayan normal kəsimli şalvarları seçin.

4. Ombalara diqqət!

Ombalarınız böyükdürsə, bu qüsurunuzu örtmək üçün beli büzməli rahat ətək və şalvarlar geyinə bilərsiz. Şaquli cizgiləri olan cibli və ya cibsiz şalvarlar da uyğun seçimdir. Daha uzun və arıq görünmək istəyirsizsə, şalvarınız və ya ətəyiniz yerə dəyəcək qədər uzun olmalıdır. Ombaları gizlətməyin daha yaxşı bir üsulu isə şalvarla ombaları ötəcək qədər uzun olan bluzlar geyinməkdir.

5. Kəsimə diqqət!

Paltarların, xüsusilə də pencəklərin bədənə yapışan dar modellərini almayın. Bunun yerinə bədən fiquranızı gizlədəcək modellərə üstünlük verin.

6. Ayaqqabılar da arıqladır!

Ayaqqabılarla da özünüzü daha arıq göstərməyiniz mümkündür. Əgər ayaqlarınız böyük və genişdirsə, səndəllər, düz ayaqqabılar geyinməyin.

Bunun yerinə dikdaban ayaqqabılar geyinin. 5 sm-lik daban belə sizi daha incə göstərəcək. Ayaq biləyinə dolanan ipləri olan ayaqqabılardan, kvadrat topuqlardan uzaq durun. Çünki belə ayaqqabılar daha qısa və kök görüntüyə səbəb olur.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm