Yayın ən eleqant yubkalarına siz də vurulacaqsınız - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Yayın ən eleqant yubkalarına siz də vurulacaqsınız - FOTOLAR

Retro üslubu bir neçə mövsümdür ki, dəb dünyasında özünü yenidən göstərir. Retro stilinə xas olan midi yubkalar da çox aktualdır. Bu model ətəyin ən yaxşı özəlliyi odur ki, o bir çox qadının şikayətçi olduğu ayaqların qalın hissələrini örtür. Lakin balaca

Retro üslubu bir neçə mövsümdür ki, dəb dünyasında özünü yenidən göstərir. Retro stilinə xas olan midi yubkalar da çox aktualdır. Bu model ətəyin ən yaxşı özəlliyi odur ki, o bir çox qadının şikayətçi olduğu ayaqların qalın hissələrini örtür. Lakin balaca boylu xanımların midi ətəkləri dikdaban ayaqqabısız geyinməsi məsləhət görülmür.

Boyunuz uzun deyilsə, midi yubkaları dikdaban ayaqqabı ilə geyinməlisiniz. Əks halda midi ətək ayaqlarınızı daha qısa göstərəcək. Buna mane olmaqdan ötrü dikdaban ayaqqabıların köməyindən istifadə etməlisiniz. Ət rəngi ayaqqabılarla midi yubkaların sintezini nəzərə almaq lazımdır. Əgər yastı daban ayaqqabı geyinmək istəyirsinizə, yenə ət rəngi və iti uclu modellərə üstünlük verməlisiniz.

Midi yubakaların beli yüksək olduğu üçün qısa toplarla yaxşı yola gedirlər. Eyni zamanda, qısa pencəkləri də midi ətəklərlə birləşdirə bilərsiniz.

Midi yubkalarla alçaq boylu görünmək istəmirsinizsə, üzərinə geyindiyiniz bluzu yubkanın altına salın.

Midi yubka geyindiyiniz zaman bədəninizin ən incə yerinə diqqət çəkərək şıqlığınızı daha yaxşı sərgiləmiş olarsınız. Belinizi yubkanıza yaraşan şıq bir kəmərlə vurğulayın.

Balerina yubkaları dəb dünyasında artıq özünə yer etməyə başlayıb. Zərif stiletto ilə üslubunuzu tamamlaya bilərsiniz.

Büzməli və qırçınlı yubkalar xanımları romantik obraza bürünməsinə kömək edir. Bu, son dövlərin ən dəbli yubka modellərindəndir.

Süni dərilərdən tikilən yubkalar da gözəl alternativdir. Xüsusən də qara dəri midi yubkalar qarderobunuzun ən sevimli parçalarından biri olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm