• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gülben Ergeni arıqladan darçın pəhrizi

Gülben Ergeni arıqladan darçın pəhrizi

Türkiyənin məşhur müğənnisi Gülben Ergen dəri gözəlliyinin sirrini təbiətə borclu olduğunu söyləyir. O, səhərlər oyandığında mütləq ballı süd içdiyini və onun sayəsində əlavə enerji qazandığını ifadə edib.

3 oğul anası müğənni Gülben Ergen adətən portağal və ya kök şirəsi içir. Gülben Ergen şəkər və şirniyyat ehtiyacını xurma ilə ödədiyini açıqlayıb. O, xurmanın arıqlamağa kömək edən möcüzəli bitki olduğunu iddia edir. Gülben Ergen 15 gündə darçın çayı sayəsində 5 kq arıqlayıb. Darçın çayının ən böyük özəlliyi toxluq hissi verməsidir.

Darçın pəhrizi

5-6 ədəd çubuq darçın ( Uzunluğu ortalama 60 sm qədər )
1,5 yemək qaşığı toz şəkər
2 stəkan su

Hazırlanması: Əvvəlcə dərin bir qazana darçını əlavə edin. Daha sonra üzərinə şəkəri və suyu əlavə edib ocağa qoyun. Su qaynayanda ocağı zəif odda saxlayın, yenidən su 20-25 dəqiqə qaynayana qədər gözləyin. 20-25 dəqiqə sonra su tündləşəcək. Onu şüşə qaba töküb soyumasını gözləyin. İçinə mixək atıb dadına xüsusi təam verə bilərsiniz.

Əldə edilən mayedən stəkanın yarısına qədər töküb üzərinə su əlavə edin. Darçınlı çayı əsla şirniyyat məmulatı ilə içmək olmaz. Bu çayı gündə ən çox 3 dəfə, yeməklərdən təxminən 30 dəqiqə qədər əvvəl içilməlidir.

Güıben mütəmadi olaraq tərəvəz yeyir və mütləq bitki çayları- nanə, cəfəri dəmləmələri içir.

Gülben Ergen dərisinin qeydinə qalmaq üçün bahalı kremlər əvəzinə təbii məhsullara müraciət edir. Bədəni üçün bitki mənşəli yağlardan özü xüsusi qarışıqlar hazırlayır. Ərik, badam, portağal və nanə yağlarını qarışdırıb bədəni üçün losyon hazırlayır. Üzünü həftədə bir dəfə pilinq edir.

Saçlarına isə qoz, küncüt və badam yağları ilə qulluq etdiyini söyləyir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR