Məryəm Üzərli 4 aylıq qızını atası ilə tanış etdi - FOTO
Bizi izləyin

Tabloid.az

Məryəm Üzərli 4 aylıq qızını atası ilə tanış etdi - FOTO

Məryəm Üzərli Can Atəşlə görüşdü

Aktrisa Məryəm Üzərli qızını dünyaya gətirdikdən sonra ilk dəfə uşağının atası Can Atəşlə görüşüb.

Can Atəş bir müddətdir qızı Laranı görmək istəyirdi. Ancaq Məryəmdən rədd cavabı alırdı. 4 aylıq qızını atasına göstərməyən Məryəm nəhayət ki, Canın qızı ilə görüşməsinə icazə verib.

Məryəmdən müsbət cavab alan Can Atəş Londona yola düşüb. Özünü 15 iyun atalar günündə Londona çatdıran Can qızı Lara ilə qovuşub. Qızını ilk dəfə qucağına alan Can Atəş göz yaşlarını saxlaya bilmədiyi bildirilir.

Xatırladaq ki, Can Atəş Məryəm Üzərlinin hamilə olduğunu öyrəndikdən sonra ondan ayrılmış, onun uşağı dünyaya gətirməsini istəməmişdi.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm