Bu qadınlar kişiləri çox həyəcanlandırır
Bizi izləyin

Tabloid.az

Bu qadınlar kişiləri çox həyəcanlandırır

Bu qadınlar kişiləri çox həyəcanlandırır

Qadınlar şüurlu və məqsədli şəkildə kişilərə təsir etməyə və onların xoşuna gəlməyə çalışırlar. Xüsusən də sevdiyi və bəyəndiyi kişinin diqqətini çəkmək üçün əlindən gələni edir. Hətta özünü cərrah bıçağına “qurban” verməyə hazır olurlar. Lakin bunlara çox vaxt ehtiyac olmur.

Tabloid.az “glamour.ru” saytına istinadən xəbər verir ki, qadınlar istəmədən də təbii halları ilə əks cinsin nümayəndələrinə xoş təsir buraxaraq onları həyancanlandıra bilir.

Dərinin təbii qoxusu

Dərinin təbii qoxusu gigiyenik qaydaların pozulması demək deyil. Təmizliyi qorumaq şərti ilə bədənə heç bir əlavə qoxu və krem vurmayın. Çünki bədənin təbii qoxusu kişilər üçün çox vacibdir. Bədəndən yayılan tər qoxusu sevişmə zamanı kişilərin ağlını başından alır.

Cəsarət

İnsanların gözünün içinə baxın. Kişilər gözlərinin içinə baxaraq danışan, doğru bildiyini deməkdən çəkinməyən cəsarətli qadınlara heyran olurlar. Ən əsası sizin haqqınızı tapdalamaqdan və sizin qəlbinizə toxunan hər hansı hərəkəti etməkdən çəkinəcək.

Yuxulu halda

Kosmetikasız çirkin görünmək qorxusu ilə səhər tezdən durub makiyaj edən qadınlar var. Kişilər makiyajlı və baxımlı qadınları sevsə də, səhər tezdən təbii görüntüyə önəm verirlər. Çünki qadınlar səhər daha məsum və sevimli görünür. Kişilər qadınların səhərki halına heyrandır.

Əsəbi hal

Ona deyil, başqa bir səbəbdən dolayı əsəbiləşdiyiniz zaman xarakteriniz üzə çıxır. Kişilər özünü müdafiə edərkən əsəbləşən qadınların cazibədar olduğunu düşünürlər. Qadınların bu əsəbi halı kişiləri ehtiraslandırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm