Ayda məhəbbət macərası
Bizi izləyin

Tabloid.az

Ayda məhəbbət macərası

Yerlə göy arasında

Naməlum planetlər

Tarixçilər təsdiq edirl’r ki, Günəş sisteminə daxil olan planetlərin sayını ilk dəfə dörd mindən çox yaşı olan şumər cədvəlləri müəyyən edib. Mənbədə planetlərin sayı qəbul etdiyimiz kimi 9 deyil, 12 göstərilir. Hal-hazırda elmi cəhətdən sübut etmək olur ki, şumər münəccimləri planetlərin sayını 12 deyərkən, görünür, heç də səhv etmirmişlər.

İngiltərədəki Stounhec rəsədxanasının həndəsi parametrlərini tədqiq edən alimlər heyrətə gəliblər. 1976-cı ildə isə ABŞ-ın "Vikinq" kosmik aparatı Mars səthində ikinci bir Stounhecin fotoşəklini çəkdi. Yerdəki Stounhec rəsədxanasının tamamilə eyni olan bu Mars rəsədxanasında da şumərlərdəki kimi nə az, nə çox 12 planet şifrələnmişdi. Marsdakı Stounhecin rəsmini ilk dəfə 1997-ci ildə Amerikanın "San" jurnalı dərc etdi.

Şumər mənbələrində NİBURU adında planetin adı tez-tez çəkilir. O, kainatda baş verən sarsıntıların dövriliyini tənzim edir və kütlə etibarilə Yerdən üstün olub, çox güclü qravitasiya sahəsinə oxşar cisimlərin hərəkətinə ecazkar şəkildə təsir göstərir. Görünür, belə deyərkən şumərlər Niburunun asteroid və komet axınlarını tənzim etməsini nəzərdə tutublar: "Niburu - ələkeçməz planetdir: daim Günəşin şüaları altında gizləndiyi üçün onu heç cürə görmək olmur".

Yunan və şumər əsatirlərində NEMEZİDA planetinin də adı xatırlanır - onu intiqam ilahəsi sayıblar. Nemezida erinlər adlanan, xüsusilə valideyn qatillərini təqib edən ilahələrin ən böyüyünün adıdır. Son dərəcə amansızlığı ilə fərqlənir. Astronomlar qeyd edir ki, Nemezida çox gərilmiş orbitə malik və Günəş ətrafına 20-30 milyon ilə dolanan cırtdan planetdir.

MARDUK adlandırılan planet də böyük müəmmaların daşıyıcısıdır. "Bibliya"nın "Əhdi-ətiq" hissəsində bu barədə məlumat var. Marduk Allahı şərəfinə qədim şumərlər əzəmətli məbədlər ucaldıblar. Onlardan ən məşhuru Babil qülləsinin yuxarı hissəsində olub. Bu planetlə Yer kürəsinin taleyi sıx şəkildə bağlıymış. Müxtəlif dövr və xalqlarda göy cisimlərinin adı başqa-başqa olduğu üçün güman etmək olar ki, Marduk elə yuxarıda adını çəkiyimiz Niburunun özüdür.

Qədim mənbələrdə başqa bir planetdən də söhbət gedir. Deyilənə görə, o, Marduk planetinin ulduzlara tərəf çox uzağa gedən gərilmiş orbitindədir.

Yunan mənbələri sirli bir şəkildə "ömrünü başa vurmuş" FAETON planetindən danışır. Ehtimala görə, planet kosmik fəlakət nəticəsində dağılıb. Faetonun bir planet kimi nə vaxtsa mövcudluğu da, təbiəti də zaman keçdikcə sirr örtüyünə bürünüb. Onu yadplanetlilərin dayaq bazası sayanlar da var. Ufoloqlara əsasən, bu göy cismi Marsla Yupiterin arasında olub və bir sıra ulduz sistemlərindən Yerə mümkün ola biləcək uçuşların yolu üzərinə düşüb. Əsatirlərə inansaq, Faeton insanla məskunlaşmış olsa belə, qızmar iqlimli bir planet olub. Yunan mənbələrində deyilir ki, "faetonlular" nə zamansa Yerə uçub gəlmiş və ayrı-ayrı regionlarda məskunlamışlar.

Əvvəllər Ay yox imiş

Atlantida haqqında qeydlərində Platon "Ayın mövcud olmadığı əyyamlardan" söhbət açır. Ay bizə cəmi-cümlətanı 20 min il bundan əvvəl təşrif buyurub. O, Şərq əsatirlərində "qabaqlar bizdən çox-çox uzaqlarda olmuş" planet kimi xarakterizə olunur. Belə çıxır ki, Ay da başqa planetlər kimi olmuş, sonralar isə hansı sirli səbəbə görəsə Yerə yaxınlaşıb. Amerikalı professor Corc Leonard hesab edir ki, Ay da (Faeton kimi) haçansa yadplanetlilərin dayaq bazası olub. Lakin sonralar Ay bu missiya üçün daha lazım olmadığından süni yolla yerətrafı orbitə cəlb olunub. Onun versiyasına görə, Ayda Yerdəkilərə bənzəyən xüsusi bir insan irqi yaşayıbmış.

1997-ci ildə İtaliyanın "Fenomenu paranormale" jurnalı sensasiyalı bir xəbər dərc etdi: "ABŞ astronavtları Ay süxuruna bulaşmış bir vəziyyətdə insan qiyafəli hansısa ilahənin heykəlciyini gətiriblər". Bu heykəl 200 min il bundan əvvəl, özü də Yerdə hələlik mövcud olmayan bir texnologiya ilə hazırlanıb. Amma bu xəbər ABŞ alimi Morris Vedler tərəfindən məxfiləşdirildi və bu günə qədər o barədə heç bir məlumat sızdırılmır.

Söhbət ki Aydan düşdü, gəlin bu təbii peykimiz haqqında bir az məlumatlanaq. Ayın dörd fazası mövcudur. Hər bir fazada Ay müəyyən gücə malikdir, onun gücü isə Günəşdən hansı məsafədə uzaq olmasından asılıdır. Ayın Günəşə nəzərən vəziyyəti Ay fazalarını təyin edir. Ay fazalarının hər biri ilə bağlı xüsusi informasiyalar var. Ay daima dəyişir. Lakin əsasən ayda iki dəfə - böyüyən Ay və kiçilən Ay formasını almaqla dəyişir. Böyüyən Ay insanın emosional qavrayışını yüksəldir, kiçilən Ay isə insanın emosional qavrayışını zəiflədir, emosiyalar qapanır və insanın daxili aləmində hiss edilir. Ay Günəşdən nə qədər uzaq olsa, bir o qədər sərbəst olar. Əgər insanın emosiyaları güclüdürsə, çətin və pis idarə olunursa, onda emosiyalar xaricə çıxa bilər - deməli, Ay Günəşə əks fazada yerləşir. Ayın dörd fazası, hələ qədimdən dörd ünsürlə əlaqələndirilirdi: Od, Torpaq, Hava və Su. Ayın hər bir fazası bir həftə sürür (Buna "çərək" də deyirlər). Ay Günəşə nəzərən 29,53 sutkadan bir öz yerinə qayıdır (İslam təqvimləri buna əsaslandığı üçün miladi təqvimlə bir ildə təxminən 10-11 gün geri atır - S.R.). Fazaların daxilində də öz bölmələri - Ay sutkaları var...

Ayda məhəbbət macərası

Yeri gəlmişkən, Ay sevgidə də yardımçınız ola bilər. Məhəbbətdə bəxtiniz gətirmirsə, Kainatla vəhdət yaratmağa çalışın. Əgər Ayın ahəngini tutsanız, bu zaman o sizə xoşbəxtlik və harmoniya gətirəcək. İlk Ay sutkalarında (Ay sutkaları Təzə Ayın doğmasından başlayaraq hesablanır - S.R.) özünüzə xoşbəxtlik arzulamalısınız.

İlk Ay sutkaları bitdikdən sonra müəyyən müddətə bütün arzuları unudun və başqa şey haqqında fikirləşin.

İkinci Ay sutkalarında diqqətlə ətrafdakıları nəzərdən keçirin. Ola bilər ki, arzuladığınız adamla rastlaşasınız. Yadda saxlayın ki, Ay Əkizlər və Şir bürcündə olanda insanlarla tanış olmaq daha asandır. Deməli, həmin vaxtlarda adamlar arasında daha çox olmalı, onlarla sıx ünsiyyət qurmalısınız. Xoşunuza gələn adam üzərində fikirlərinizi əsasən 6-cı Ay sutkasında cəmləşdirin. Bu zaman intuisiya sizə nə etmək lazım olduğunu deyəcək. Əgər siz aktiv hərəkət etmək istəsəniz, onda 21-ci Ay sutkasını seçin. Əgər Ayın dördüncü fazası başlayana qədər bu şans yaranmayıbsa, bundan sonra onu heç axtarmağa dəyməz. Digər halda, siz Təzə Ay çıxanda, hər şeyi yenidən başlamalı olacaqsınız. Əgər Ay kiçilməkdədirsə, onda neytral qalıb bütün plan və addımlardan əl çəkin. İşdir, əgər birinci dəfədən heç nə alınmasa, heç də ruhdan düşməyin və Ulu Yaradana həmd edin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm