• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Adriana Lima məni məhv edir...” - Müsahibə

“Adriana Lima məni məhv edir...” -  Müsahibə

Tabloid.az saytının qonağı Space telekanalında “SOY” prodakşının “Şou+” verilişinin aparıcısı Tural Ozandır.

- Tural yeni mövsümdə televiziyada yeni layihələrin olacaq?

- Artıq televiziya mövsümünü başa vurmaq üzrəyik. Mən hazırda “Space” kanalında yayımlanan “SOY” prodakşının “Şou+” verilişinin aparıcısıyam. Yeni mövsümdə layihədə qalıb-qalmayacağımla bağlı hələ qərar verməmişəm.

Bildiyiniz kimi, bir neçə ay öncə Türkiyənin məhşur “Atlasmedia “ şirkəti məni əməkdaşlığa dəvət etmişdi . Şirkət prezidenti Bilal Özbilgə yeni mövsümdən mənim iştirakımla Azərbaycanda yeni tele-layihələr etmək niyyətindədir. Amma son qərarımı verməmişəm. Bəzi şərtləri müzakirə edirəm.

- Yeni mövsümdə ən azından hansı kanalda olacağın bəllidir?

Hazırda böyük layihələr üzərində işləyirəm . Dünyada məhşur layihələri Azərbaycanda həyata keçirmək istəyirəm. Bir yerli kanalın rəhbərliyi ilə bu məsələni müzakirə etmişik. Ola bilsin ki, yeni mövsümdə tamaşaçılar məni tam fərqli formada görsünlər. Ancaq konkret ad çəkmək istəmirəm.

- Sosial şəbəkələrdə çox müzakirə olunursan , sevənlərin çoxdur. Səhifəndə Ozan soyadlı onlarla xanım...

- Mən teleməkanda yeni simalardan sayılıram. Uzun müddət televizya sahəsində çalışsam da, son iki ildir tanınıram. Amma buna baxmayaraq, heç bir televiziya aparıcısı mənim qədər sevilmir. Çox şadam ki, qısa zamanda bu qədər izləyici toplaya bilmişəm.

- Aparıcılar arasında kimi özünə rəqib görürsən?

- Hazırda Azərbaycan teleməkanda savadlı teleaparıcı qıtlığı hiss olunur. Savadıma və qabiliyyətimə görə, özümü çox aparıcıdan güclü və öndə görürəm. Bilirsiniz ki, həm də rejissorluq qabiliyyətim var. Ümumiyyətlə, teleziyaya aid hər şeyi bacarıram, montajı, kamera ilə iş və s.

Mən özümü ölkəmizdəki aparıcılarla müqayisə etmirəm. Bu arxaya baxmaq kimi bir şey ola bilər. Mən Bəyazla, Acunla, Urqantla müqayisə olunmaq istəyərəm.

- Tural özünüz haqqında danış...

- Subyam , 24 yaşım var . Bir məsəl var, “Ağac mənimdirsə, kölgəsində kim oturur otursun”. Bizdə bu deyimi qəbul edən xanım azdır. Teleaparıcının ətrafında daim üçüncü ,dördüncü şəxslər olur, yəni kölgəsində. Buna hazır olmaq lazımdır.

- Necə xanımlardan xoşunuz gəlir?

- Deyirlər xarici görünüş əsas deyil, əsas daxili gözəllikdir. Mənim fikrimcə, bu çox səhv düşüncədir. Zahirən gözəl xanımlar həmişə diqqətimdə olur. Mən bəyədiyim xanımın bədən quruluşu, ölçüləri, boyu, sima gözəlliyi, bir sözlə, hər şeyi yerində olmalıdır. Sarışın və ya əsmər olması vacib deyil. Axxx... Adriana Lima məni məhv edir... ( gülür).

- Tural bir vaxtlar Aygün Kazımova ilə yaxın dostluğunuz var idi. Amma deyəsən, indi aranızdan qara pişiklər keçib?

- Aygün Kazımova! Ona qarşı həm bir sənətçi kimi, həm də bir xanım kimi simpatiyam olub.Mən nə edə bilərəm ki, verilişimdə qonaq olan müğənnilər Aygün Kazımova haqqında yaxşı nəsə danışmayıblar. Aygün Kazımova gəlib beş artıq danışardı, cavabların verərdi, mən də onu alqışlayardım.

O, Natavan-Aygün, Ramal-Aygün, Namiq-Aygün münaqişələrində məndən inciyib. Amma mən bunu gözləməzdim. Aygün Kazımova üçün indiyə qədər çox jestlər etmişəm. İndi də ona qarşı kinim yoxdur. Ad günündə də canla-başla iştirak etdim. Amma sonra qara pişik kim idisə girdi aramıza . Mən bilirəm bu kimdir. Snoop Dogg aranı qatıb. Mən sənə nifrət edirəm qara insan! Aygün səni sevirəm! (gülür).

Xəbər lenti

DAHA ÇOX XƏBƏR