Corc Kluninin villasına yaxınlaşan 680 dollar cərimələnəcək
Bizi izləyin

Tabloid.az

Corc Kluninin villasına yaxınlaşan 680 dollar cərimələnəcək

Corcun villası ilə bağlı 2 qanun qəbul edib

Əvvəlcədən xəbər verdiyimiz kimi, məşhur aktyor Corc Kluni sentyabrda vəkil Amal Alamuddinlə evlənməyə hazırlaşır.

Aktyorun toyunun İtaliyada Komo gölünün yanında yerləşən villasında baş tutacağını da qeyd etmişdik.

Tabloid.az xəbər verir ki, İtaliya mətbuatında evlilik hazırlıqlarına davam edən Corc Kluni ilə bağlı çox maraqlı xəbər yayımlanıb.

Mətbuatda yer alan xəbərlərə görə, iyunun 21-də Laqlio rəhbərliyi Corcun villası ilə bağlı 2 qanun qəbul edib. Belə ki, “Oleandra” adlı villanı paparazzi və pərəstişkarlardan qorumaq üçün həm yolda, həm də göldə Corcun villasının qarşısında dayanmaq qadağan edilib. Sentyabrın 30-na qədər qüvvədə qalacaq olan digər bir qaydaya görə isə, aktyorun yaşayış məkanına 100 metrdən yaxın məsafədə üzənlər 680 dollar cərimə ödəməli olacaqlar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm