Elza ilə Nadir qız üstündə savaşdılar - Qalmaqal
Bizi izləyin

Tabloid.az

Elza ilə Nadir qız üstündə savaşdılar - Qalmaqal

Müğənni Nadir Qafarzadə ilə əməkdar artist Elza Seyidcahan arasında insident yaşanıb.

Müğənni Nadir Qafarzadə ilə əməkdar artist Elza Seyidcahan arasında insident yaşanıb.

ATV-də yayımlanan “Azərbaycanın səsi” musiqi yarışması zamanı tərəflər arasında narazılıq yaşanıb. Belə ki, seçim zamanı Elza Seyidcahanın Ülkər adlı iştirakçını yarışmada saxlaması və Ceya adlı iştirakçını yarışmadan uzaqlaşdırması Nadiri özündən çıxarıb. Canlı yayımı acıqlı tərk edən Nadir həmkarına bərk əsəbləşib. Efirdən sonra tərəflər arasında mübahisənin yarandığı və tərəflərin bir-birini söz atəşinə tutduğu bildirilir.

Məsələyə münasibət öyrənmək üçün Elza Seyidcahanla əlaqə saxladıq. Xəbəri təsdiqləyən Elza həmkarının nahaqdan əsəbiləşdiyini bildirdi və qalmaqala belə aydınlıq gətirdi: “Mən Ülkər adlı iştirakçını yarışda saxladım, bu, Nadirin xoşuna gəlmədi. Əslində, Ülkər yaxşı ifaçı kimi yarışmada qalmalı idi. Mən efirdən söylədim ki, bu qız Faiq Ağayevin tələbəsidir və ifaçı kimi üstünlükləri var. Sənət dostumun tələbəsini necə yarışmadan uzaqlaşdıra bilərdim? Bu, Faiqə hörmətsizlik olardı. Sözlərim Nadirə xoş gəlmədi. Hər halda, sənət qısqanclığı kimi bunu başa düşmək olar... Nadir mənə dedi ki, niyə o gombulu seçmisən? Mən də ona cavab verdimki, sənin də bir insan kimi fiziki qüsurların olub, amma pulunun hesabına gedib özünü gözəlləşdirmisən. Bu kasıb qızdır, neyləməlidi? Ona qalsa, dünyanın ən güclü səs ifaçısı Kabalye də kökdür. Kişi müğənniləri var ki, pulunun hesabına qarnının piyini təmizlətdirir”.

Onu da öyrəndik ki, iki sənətçi arasında küsülülük yaşanıb və Nadir Elzadan küsüb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm